AZ-YA+

Follow AZ-YA+
Share on
Copy link to clipboard

Tanıdığınız və tanımadığınız qonaqlarla söhbətlər — hər həftəsonu. Canlı yayım, müxtəlif mövzular, mən + qonaq və bir də izləyici formatında danışırıq.

Röyal Paşayev


    • Aug 21, 2021 LATEST EPISODE
    • infrequent NEW EPISODES
    • 1h 52m AVG DURATION
    • 5 EPISODES


    Search for episodes from AZ-YA+ with a specific topic:

    Latest episodes from AZ-YA+

    004: Müharibə Ermənistanı, Paşinyan hakimiyyəti, Qarabağ erməniləri

    Play Episode Listen Later Aug 21, 2021 140:35


    YouTube-un ən underrated blogeri Vüsal Məmmədzadə ilə "Müharibə Ermənistanı" mövzusunda söhbət etdik. Orda hazırda vəziyyət necədi? Ermənilər bu müharibəyə hazır idilərmi? Keçmişdə nə olmuşdu? Gələcəkdə nə ola bilər? Vüsal 2017-ci ildən Ermənistan siyasəti, Ermənistanla bağlı həftəlik xəbərlər məcmusu və Qarabağ mövzusuna aid davamlı olaraq xəbər, analiz və araşdırma videoları edir. 

    003: Müharibə jurnalistikası, başkəsən əsgərlər, marjinallaşdırılan insanlar

    Play Episode Listen Later Jun 28, 2021 108:48


    Heydər Mirzə ilə müharibə jurnalistikası haqqında söhbət etsək də yalnız bir mövzu ətrafında dayanmadıq: @Caliber Az layihəsi nəyə görə məhz rus dilindədi? Gəncə qətliamı zamanı nəyə görə yerli televiziyalar hadisə yerində deyildi? Rusiyanın liberal ictimai adamları nəyə görə qərəzli mövqe tutmuşdu? Jurnalist əlinə silah almalıdırmı? Arestoviç və Podolyaka kimi hərbi ekspertlərin distansion analiz etməsi nə dərəcədə düzgündü? Georgi Vanyan, Filip Ekozyants, Arzu Qeybulla kimi Ermənistan-Azərbaycan münasibətlərində marjinallaşdırılmış fikirlər və insanların köməyi varmı? Hərbi cinayətlərdən sonra əsgərlərə münasibət necə olmalıdı?

    002: Müharibə dövründə incəsənət, xaricdəki azərbaycanlılar, Qarabağa qayıdış

    Play Episode Listen Later Jun 28, 2021 122:34


    Artistin müharibəyə münasibəti nə olmalıdı? Xaricdə yaşayan azərbaycanlı sənətçilər niyə bu qədər polit-korrekt olmağa çalışır? Şuşa mədəni məktəbini yenidən bərpa etmək mümkün olacaqmı? Yeni — qalib Azərbaycanın gələcəyi necə olmalıdı? Nəyə görə bizim yerli müğənnilər Türkiyə pop tendensiyalarını təsiri altına düşür?

    001: Sosial dilemma, müharibə dövründə sosial media, Tvitterdəki toksiklik

    Play Episode Listen Later Jun 16, 2021 191:27


    Vüqar Salamlı ilə bir çox məsələlərə toxunduq. Müxalifət dəyişməlidirmi? Tvitter niyə belə toksikdi? Amerikadakı demokratik sistem köhnəlibmi? Harvardda təhsilin üstünlükləri nələrdi?

    OST

    Play Episode Listen Later Jun 13, 2021 0:36


    RG — AZ YA YOX (Produced by Nadeer)

    Claim AZ-YA+

    In order to claim this podcast we'll send an email to with a verification link. Simply click the link and you will be able to edit tags, request a refresh, and other features to take control of your podcast page!

    Claim Cancel