Tamamlanmaq necə olur ? Bunun üçün başqa birisinə ehtiyac varmı ?
Bizim həyatımıza qərarlar və seçimlər yön verir. Bəs sən hansı yolu seçirsən ?
Münasibətlər oyunu, həqiqətən kimisə sevə bilmək, mənəvi eqo.
Suallar: 1-Yüksəldikcə daha ağır yıxılmaq ehtimalı olur. Ruhsal yolda inkişaf edən bir insana ən çox nəyə diqqət etməyi məsləhət görərdin. 2- Qidalanma haqqında danışa bilərsən? İnsan öncə ət yeməkdən, daha sonra ümumiyyətlə yeməkdən əl çəkir. Bunun mənəvi inkişafa xidmətini sən necə görürsən? 3- Dua haqqında nə düşünürsən ? Dua səncə nədir?
Suallar: 1- Istəmədən düşüncələr gəlir mənasız olduğunu bilə bilə davam edirəm düşünməyə , saatlarla dusunurem , o an zovq aliram bu vəziyyətdən , amma bu sonradan şəxsi həyatımda fəaliyyətsizliyə səbəb olur . Bu vəziyyətdən necə çıxım. 1- Yuxuda meditasiya etmək haqqında danış. Ən düzgün formada bunu necə etmek olar ? 12- Bilmək və fərqində olmaq arasındakı fərq nədi? 13- Bu grupdakı insanların yaş aralığı maraqlıdır mənə. Statistika olaraq belə bir sorğu apara bilərik? 14- Son aylarda hər şeyə qarşı diqqətimin dağınıq olduğunu görürəm, bu da işlərimi ləngidir, necə bir rutinlə diqqətimi toplaya bilərəm ? 15- Bəzən özümü qoca kainatda bir toz hissəciyi kimi, bəzənsə tam əksinə, hər şeyin mərkəzində, belə desək, özümü az qala Allah kimi hiss edirəm. Bunun səbəbi nədir? Niyə belə olur? Hansı təmayülə meyl etməli? Sizcə hansı daha doğrudur? 16- Kiminlə bir kvant hissəciyi olduğunu hardan bilə bilərəm? Kvant hissəciklər bir birinə ani təsir gücünə sahibdir. Məsələn, mən sevincliyəmsə, bütövün digər parçasına da o dalğalar ani təsir edirsə, bilmək istəyirəm ki, kiminlə hansı bütövün hissəcikləri olduğumu necə təyin edə bilərəm? Fiziki toxunuş ya da qohumluq bağlarıdır bu? 17- Spirituallıqda niyə təsadüfi cinsi əlaqələr alqışlanmır? 18- Niyə bildiklərim mənə kömək etmir və ya az effektivdir? 19- Özümdə yenilik, enerji, inkişaf, reallaşma üçün çatışmayan cəhətləri necə təyin edə bilərəm? 20- Почему между моим разумом и телом нет контакта? И как можно этот наладить? 21- Niyə mənə insanlarla asan deyil? Və nə edim ki, mənə özümlə asan olsun?
1- Law of attraction haqda danışsaydın çox gözəl olardı. Varlıq hissində qalarkən belə bir praktikaya ümumiyyətlə heç ehtiyac varmı? 2- Yaradan yoxsa təkamül? Hardan gəlmişik hara gedirik? Kim gətirdi bizi bura suallarına fikrin maraqlı olardı. 3- Qorxu nədir ? 4- Zəhmət olmasa incəsənət haqda bir az danışa bilərsən? 5- Ayağımda ziyil çıxır, bu stressdəndir? 6- Mənim bir dostum var, Quantum enerjisi ilə bağlı güclü inanca sahibdir. Yəni pozitiv düşüncələrin ona pozitiv şeylər gətirəcəyini, neqativ düşüncə və hərəkətlərin isə neqativ şeyləri çəkdiyinə inanır. Qorxur neqativ olan hər şeydən. Nə deyə bilərsiz bu haqda? 7- İçimdəki negativdən ,gərginlikdən necə qurtula bilərəm? 8- Həyatda insanın çata biləcəyi ən ali mərtəbə hansıdır? 9- Evimidəki insanların cəhənnəm həyatını özləri özlərinə yaşatdiqlarinın şahidiyəm! Necə o əzizlərimə kömək eliyə bilərəm? Menim özüm də ilk Allahın sonra isə sizin sayənizdə özümü tapdım sizə sonsuz minnətdarlığımı bildirirəm.
Suallar: 1- Axrıncı canlı yayında qadınların tək qala bilməməsi barədə danışdız, sizlə razıyam amma səbəbi tam bilmirəm. Növbəti efirdə bunu əsaslandırsaz çox yaxşı olar. 2- İzlədiyim bir neçə videoda yalniz komfort zonadan kənarda inkişaf edə biləcəyimiz deyilir. Ancaq mən komfort zonada olanda sanki işlerimi daha düzgün ve dəqiq şəkildə edirəm. İnsandan insana dəyişən bir şeydi bu inkişaf ya komfort zonada olanda yerimizdə sayırıq? 3- Rəqabət hissinə necə qalib gələ bilərik? Kainat bolluqdu və istədiyimiz hər şeyə " hə " cavabı verilir düşüncəsini necə tam " həzm edə" bilərik? 4- Niyə önəmli olduğumuzu düşünürük? Çox aciz bir hiss deyilmi? 5- Sevgi insana nədən verilib? 6- Düşüncələrin fərqində olmaq istədikdə və onlara diqqət yönəltdikdə itirlər. Sonra yenidən gəlirlər, amma onda da mən fərqində olmuram. Nə etməliyəm? 7- Niyə yaşayırıq? 8- Kiçik bir hadisədən sonra hətta yaxınlara qarşı içdə kin saxlayıb, narahat oluram. Elə bilirəm o da müddət ərzində belə fikirləşir. Amma həmin adam mənimlə ünsiyyət qurmağa başlıyanda görürəm ki, onun heç vecinə də deyildi, mən beynimdə hər şeyin dərinliyine gedirəm, böyüdürəm hər şeyi. Bu mənə dəfələrlə sübut olsa da qurtula bilmirəm bu döngüdən. Bu nə ilə əlaqədardı? 9- Bu günə qədərki sorğularda heç soruşulmayan hansı məqam var ki, mənəvi inkişaf üçün önəmlidir və sən istərdin ki, bunun haqqında soruşulsun və sən danışasan. 10- Is love acceptance?