Feminist perspektivini əks etdirən podkast
Podkastımızda bu dəfə Ləman Orucova ilə Ursula Le Guinin Mülksüzlər kitabının tərcümə prosesindən danışdıq. Ursula Le Guinin bu anarxist əsəri Egalite təşəbbüsü tərəfindən ilk dəfə Azərbaycan dilinə tərcümə olunub.
Bu mahnıda uşaqlığımızdan bu günə 8 martın bizim üçün olan simvolikası və əhəmiyyəti üzərinə fikirlərimizi bir araya toplamağa çalışmışıq. Bizi son illər ilhamlandıran, feminizmi gündəlik diskursun bir hissəsinə çevirməyi bacaran, patriarxata qarşı məkanda mübarizə aparan, və ümumiyyətcə susmayıb danışan, qorxmayıb ayağa qalxan, digərlərinin əlindən tutan, düşünən, yazan və yaradan, mübarizənin bir hissəsi olan hər kəsə həsr olunur bu mahnı! Patriarxatı musiqi və rəqslə çökdürək! Bəstələdi: Elmir Məhəmmədov
Bu dəfə rejissor Lalə Əliyeva ilə söhbətləşdik. Son filminin müzakirəsindən başladıq və sonra daha mücərrəd suallar fikrimizi yayındırdı. Lalənin “Onlar pıçıldayır, amma bəzən qışqırır “ filminin çarxını linkdə tapa bilərsiniz: Danışdığımız filmlər və kitablar: Carlos Reygadas “Post Tenebras Lux” Apichatpong Weerasethakul-un filmləri Alain Guiraudie “Strangers By The Lake” Аlexey Fedorchenko “Celestial Wives of the Meadow Mari” Sei Shonagon “The Pillow Book” Gaston Bachelard “The Poetics of Space” “Каникулы в Простоквашино” cizgi filmi
Bu podkastda kişi mərkəzli dizaynın günümüzdə ən çox gördüyümüz və “neytral” olaraq qəbul olunan piktoqramlarda öz əksini necə tapdığından danışırıq.
Bu podkastda ÜDM-nün yaranma əsaslarından, istifadəsindən və mövcud alternativlərindən danışmışıq. "Niyə artıq ÜDM 20-ci əsrdəki qədər uyğun ölçü deyil ?" sualının cavabını tapa bilərsiniz.
Podkastımızın bu buraxılışında Elmi Spektr Tyutorluq Proqramı (ESTP) haqqında danışırıq. Tyutorluq proqramı Azərbaycanda oxuyan tələbələrin elmin müxtəlif sahələri üzrə praktiki təcrübə qazanmaları üçün yaradılmış proqramdır, və əsas məqsədlərindən biri təcrübəli araşdırmacılar və tələbələr arasında produktiv körpü qurmaqdır. Proqram çərçivəsində müvafiq sahələr üzrə mütəxəssislər tələbələrlə birlikdə 3 aylıq layihələr həyata keçirir və sonunda bunları fərqli formatlarda təqdim edəcəklər. Proqramın təhsilə verə biləcəyi töhvə və həyata keçirilmə prosesi barədə daha çox öyrənmək üçün podkastımızı dinləyin.
Podkastımızda bu dəfə Nobel mükafatı almış iki qadın iqtisadçı - Elinor Ostrom və Esther Duflo haqqında danışırıq. Klassik iqtisadiyyatın hüdudlarından kənara çıxıb, elmə yeniliklər və daha insani sima qazandıran bu iki iqtisadçının əsas işləri ilə yanaşı, həm də akademiyada qadın iqtisadçıların niyə az olduğu barədə də danışmışıq.
"Musiqi Felix üçün peşə olacaq, sənin üçün isə ancaq həyatının ornamenti… musiqi heç zaman həyatının əsası ola bilməyəcək və olmamalıdır da"-Abraham Mendelssohn qızı Fannyy-ə məktubunda yazırdı. Ancaq kraliça Victoria Felix Mendelssohn-la görüş zamanı onun "Italien" mahısını daha çox sevdiyini söyləyəndə Felix bir qədər pərt olub etiraf edir ki, bu opusun müəllifi bacısı Fanny-dir.
Koronavirus qlobal pandemiya olaraq struktural sosial və iqtisadi dəyişikliklər yaratmağa davam edir və bu dəyişikliklərin uzun müddətli nəticələri haqqında danışmaq nə qədər maraqlı olsa da bir o qədər qəliz və spekulativdir. Bilinən və görünən bir şey var ki, bu virusun bizim gündəlik həyatımız üzərində də böyük təsiri var, və bəzi insanlar və qruplar üçün kifayət qədər təhlükəli vəziyyət yaradır. Bu məqsədlə aprelin 25-i Femiskop komandası baş verənlərə feminist perspektivindən baxıb, öz təcrübəsi üzərindən şərh edərək vebinar keçirdi. Vebinarda pandemiyanın gender təsirlərindən, ev işi yükü, zorakılıq, iqtisadi bərabərlik və ictimai miflərdən danışdıq. Podkastda vebinarın bəzi hissələrini dinləyə biləcəksiniz.
8 mart Beynəlxalq qadınlar günüdür. Bu gün bir çox qadın hüquqları hərəkatına təkan verir və tezliklə ABŞ, Almaniya, Danimarkadan digər ölkələrə yayılır. 8 mart Nyu-Yorkda tikiş fabrikində həyatının itirmiş işçi qadınların şərəfinə seçilir və bu günün ideaya müəllifi Klara Zetkin 1924-cü il Azərbaycana səfər edir. Bəs niyə görə biz 8 martı gül, çiçək və oyuncaq hədiyyələrlə assosiasiya edirik? Günün əsas siyasi, iqtisadi və sosial önəmini xatırlamaqla doğru çağırışlar etmək üçün 8 mart əla fürsətdir. Bu günün hüquqi aspektləri barədəNicat Məmmədbəyli, dizayn və kommunikasiyanı Müjgan Abdulzadə və hal-hazırda icra olunan fəaliyyətlər və boşluqlar barədə isə Günel Mehdiyeva ilə söhbət etdik.
Dizayn iqlim dəyişikliyi ilə mübarizədə hansı rolu oynaya bilər? Yoxsa dizayn ancaq kapitalist və istehlakçı iqtisadiyyatın məhsuludur? Düzdü, kapitalizmin bizə hər gün satdığı əşyaları cəlb edici etmək üçün dizaynerlər xeyli baş sındırırlar. Ancaq dizayn yalnız bununla məhdudlaşmır- sosial hərəkatlar, yardım kampaniyaları və servis xidməti çox geniş şəkildə dizayndan istifadə edir. Sosial dizaynla məşğul olmağın çətinlikləri və xoş tərəfləri haqqında Müjganla danışdıq. Extinction Rebellion (tər. Məhvolma Qiyamı)- iqlim dəyişikliyinə qarşı, sosial və ekoloji kollapsın qarşısını almağa çalışan qlobal hərəkatdır. Podkastda istifadə olunan "power to the people"- "insanlara güc verilsin"; və "-what do we want? -global justice! -when do we want it? -now!" - "biz nə istəyirik?- qlobal ədalət! -nə vaxt istəyirik?-indi!" səs yazıları MQ-nin protestlərindəki şüarlardır. Musiqi: Outflow
Həyasız Kadınlardan Nəzakət Berlin və Münhenə səyahət zamanı gündəlik həyat, memarlıq və məkan qavrayışı, təəsüratlar baxımından iki şəhərin müqayisəsini aparır. Söhbətə Berlin və Münhendə yaşamış Elmirin və ora iki günlük turist kimi gedən Sübhanın qoşulması iki fərqli təcrübə və perspektivi ortaya qoyur. Berlinin gecə həyatından, Münhenin daha insan-yönümlü memarlığına qədər, bu iki şəhəri bizimlə birgə kəşf etmək üçün podkastın səsini verin. Bu podkastımız daha eksperimental şəkildə, Elmirin canlı DJ seti müşaiyyətində yazılmışdır. Elmirin musiqisini burdan dinləyə bilərsiniz.
Son illərdə ilk dəfədir ki Bakıdan kənarda gənclərin toplaşıb yaradıcı fəaliyyətlə məşğul ola biləcəyi bir məkan açılıb- Art Garden Gəncə. Bu məkandan ilhamlanaraq regionlarda bir neçə başqa məkanlarında açılacağı barədə eşitmişik. Elə bu aktivliyin ortasında məkanın yaradıcılarından biri olan Muradla Art Garden-in yaranma ideyası, Gəncədəki incəsənət və kafe sahəsindəki çətinlik və imkanlardan danışdıq.
Bu epizodda hal-hazırda çox müzakirə olunan dairəvi iqtisadiyyat konseptini və Azərbaycanda mümkün tətbiqini müzakirə etdik. Prosesi kimin idarə etdiyini, gündəlik həyatda və daha qlobal səviyyədə hansı dəyişikliklərə gətirib çıxara biləcəyi haqqında eşitmək istəyirsinizsə podkastın səsini artırın.
Qırğızıstanlı pop musiqiçi Zere uzun illər vətəndaş cəmiyyətində işlədikdən sonra mesajının geniş kütləyə çatmadığını anladı və qadın haqqlarını təbliğ etmək üçün pop musiqidən istifadə etmək qərarına gəldi. Zere ilə söhbət əsnasında həm də Azərbaycanda baş verən hərəkatları müzakirə etmişik.
Video kameraların dijitallaşması və daha əlçatan olması ilə birgə vizual incəsənətin "video-art" (video incəsənət) adlanan yeni bir qolu yarandı. Hərəkat Amerikada, Koreya əsilli Nam June Paikın işləri ilə başlasa da tezliklə dünyanın başqa yerlərinə də yayıldı. Video incəsənətin Sovetlərdə necə inkişaf etdiyini və hansı mesajları ötürdüyünü Fransada öyrənən Nərgizlə söhbət etdik.
Bu sayımızda Aralıq dənizin hövzəsində yerləşən iki ölkə haqqında danışmışıq- Livan və Malta. Bu ölkələri birləşdirən nəsə var mı? Maltanın turizm bumunun ona nə vəd etdiyi və Beyrut müharibə yaddaşını necə daşıdığı, ölkələrdəki gündəlik həyat haqda danışmışıq. Photo: Gabriel Hauser Faydalı keçidlər: Zoukak Teatrı- https://zoukak.org/ Beirut Art Center- http://www.beirutartcenter.org/en Utopia NGO-http://utopialebanon.org/ Musiqi: Ibrahim Malouf- Beirut Tommy Guerrero- Year of the monkey Ahmed Fakroun- Nisyan
Podkastımızın bu sayı təhsilə həsr olunub- universitet təhsili nədən ibarət olmalıdı, uğurlu təhsilin resepti var mı, varsa nədi kimi suallara qonağımızla birgə cavablar axtarmışıq. Düşünürük ki təhsillə bağlı danışılası hələ çox məqam var- buna görə də bu mövzu haqqında başqa podkastlar da yazacağımızı da düşünürük. Podkastda sözü gedən Salyan Universiteti məqaləsi: elmi-spektr.com/salyan-universiteti-1/ Citizen Science vebsaytları: ecsa.citizen-science.net/about-us www.citizenscience.gov/#
Bu podkastımızda Niyə "Mən bildiyin oğlanlardan deyiləm" filminə baxmaq lazımdır sualı ətrafında müzakirə aparmışıq. "Əzilən Çoxluq" ("Opressed Majority") qısametrajlı film https://vimeo.com/86495492 "Mən bildiyin oğlanlardan deyiləm" ("I Am Not an Easy Man")https://www.netflix.com/title/80175421
Re-konstruksiya edilmiş zavod və bit bazarı (flea market)- https://ijhallen.nl/en/ ölkənin velosipedləşmə tarixi - https://www.theguardian.com/cities/2015/may/05/amsterdam-bicycle-capital-world-transport-cycling-kindermoord Digital transformasiya strategiyası - https://www.government.nl/documents/reports/2018/06/01/dutch-digitalisation-strategy
Bu epizodumuzda əsasən qadınların Bakıdakı ictimai məkanlarla bağlı təcrübələri, hamam və çimərliklər haqqında danışmışıq. Qısa+sürətli və uzun müddətli vərdişləri dəyişdirməyə yönəli həll yollarını qarşılaşdırmışıq. Bir sözlə düşündüklərimizi paylaşmışıq. Bəs siz nə düşünürsünüz? Sözü gedən Cəsur Qızlar kitabının səhifəsi: https://www.facebook.com/cesurqizlar/ Bonus olaraq eyni mövzuya toxunan kiçik bir yazı: https://nardenesi.tumblr.com/post/168075173675/free-as-the-wind-nar-dənəsi-preludiya
Datafestin Gündəliyi- https://datafest.ge/agenda-day1.html Spikerlərin Siyahısı-https://datafest.ge/speakers.html Datawrapper- https://www.datawrapper.de/ Flourish- https://flourish.studio/ Geolokasiyanın siyasətdə istifadəsi haqqında danışan spikerin işlədiyi Tactical Tech təşkilatı - https://tacticaltech.org/ Ukraynalı spikerin haqqında danışdığı inkubator- http://1991.vc/about/ Google-un Jurnalistlər üçün hazırlanmış onlayn dərsləri- https://newsinitiative.withgoogle.com/training/ R-ladies- https://rladies.org/ Map Boxing- https://www.mapbox.com/studio-manual/overview/map-styling/ Guardiandaki işləri haqqında danışdığımız data rəssamı- https://twitter.com/MonaChalabi