Salam, Ha-Ha, Amanov Da Bilmir - podcast kanalına xoş gəlibsiz. Mən Amanov. Kanala bu adı qoyduqdan sonra Hüseynov olmağımı gözləmirdiniz onsuz da. Çox məntiqlidir. Bu podcast kanalında maraq dairələrimə aid söhbətlər etməyi planlaşdırıram. Məsələn, fəlsə
1 - Danışa Bilən Kobud Heyvanlar, Dəli Elm Adamı, Əxlaq, Qəribə Adlar, Qorxulu Sözlər | AZE PODCAST
Xaricdə Təhsil / Avropa - Skandinaviya, Macarıstan, Almaniya, və s.
Martin Haydeqqer (1889-1976) — Alman filosofu, Ekzistensializm (Təklif 1. Varolmaçılıq; Təklif 2. Mövcudiyyətçilik) düşüncə tərzinin əhəmiyyətli nümayəndələrindən biri. Haydeqqer 20-ci əsrin ən böyük mütəfəkkirləri arasında qəbul edilir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Haydeqqer'in ən məşhur əsəri "Varlıq və Zaman" 1927-ci ildə çap edilmişdir. Burada Haydeqqer qısaca "Varlıq (olmaq) zamandır." fikrini irəli sürmüşdür. İnsan, doğulduğu və öldüyü zaman aralığında "olan" bir varlıqdır. Varlıq zamandır və zaman sonludur, bizim ölümümüz ilə sona çatır. Haydeqqer insanın bu həyata, dünyaya, varlığa "atıldığını" (öz istəyi xaricində) söyləyirdi. Bu əsər, sonraları Ekzistensializm'in ən böyük fiqurlarından biri olacaq gənc Jan Pol Sartr'a dərindən təsir etmişdir. Sartr, ən məşhur əsərlərindən birini "Varlıq və Heçlik" adlandırmışdı. Məqalənin əsas mövzusu isə Haydeqqer'in Üçüncü Reyx (Hitler Almaniyası) ilə olan əlaqəsidir. Adolf Hitler 1933-cü ilin Yanvarın 30-unda Almaniya Kansler'i seçildi. Həmin ilin Aprel ayının 21-də isə Martin Haydeqqer Freiburg Üniversitetinin rektoru təyin edildi. Sabiq rektor Möllendorff, Nasizmin tələb etdiyi antisemit posterləri üniversitetdə nümayiş etməyi rədd etdiyi üçün vəzifədən istefa etməyə məcbur edilmişdi. Vəzifəyə keçdikdən 10 gün sonra (1 May) Haydeqqer "Nasional Sosialist Alman Fəhlə Partiyası"-na qoşuldu. Həmin ay Nasist rektorlar tərəfindən Hitler'ə göndərilən ictimai teleqramı da imzalamışdı. Haydeqqer'in xeyrinə olan bir faktı da qeyd etsək: Haydeqqer heç bir zaman Nasist Partiya görüşlərinə qatılmamışdı (ilk üzvlük görüşü xaricində). Bu faktdan yola çıxaraq Haydeqqer'in dəstəkçiləri tərəfindən istifadə edilən arqümentlərdən biri belədir: "Haydeqqer əslində Nasist deyildi, sadəcə Hitler hakimiyyətində sağ qalmağa və özünə görə məntiqli siyasi həmlələr etməyə çalışırdı." Bunun belə olması isə çox şübhə altındadır. Çünki Haydeqqer'in ən yaxınlarına belə sırf Yəhudi olduğu üçün xəyanət etdiyini görə bilirik. Həmçinin, belə olmadığını, Haydeqqer'in Hitler hakimiyyətinin sonlanmasından sonra belə heç bir peşmançılıq ifadə etməməsindən anlaya bilərik Yazan / Tərcümə Edən: Amanov Shamsaddin Əsas Referanslar (istinadlar): 1. Human, All Too Human - Martin Heidegger (BBC series), link: https://www.youtube.com/watch?v=gQ09a5LJFqo&t 2. Martin Heidegger and Nazism, link: https://en.wikipedia.org/wiki/Martin_Heidegger_and_Nazism
Hamıya salam, mən Amanov. Ya da Şəmsəddin. İkisindən biri. Bu günkü podcast bölümündə Macarıstan barədə təcrübələrimdən danışdım, ümid edirəm bölümü əyləncəli hesab edərsiniz. Təşəkkürlər.
Avstriya psixoloqu və psixiatoru Ziqmund Freyd'in (1856 – 1939) yaratdığı psixoanaltik nəzəriyyə freydizm adı ilə məşhurdur. Z.Freyd Şəxsiyyətin fəallığının mənbəyini onda heyvan əcdadlarından irsən alınmış instiktiv təhriklərdə görürdü. Bununla da Freyd psixi hadisələrə yeni anlayış – Şüursuzluq anlayışı gətirmişdir. Onun fikrincə Ģəxsiyyətin strukturunda üç komponent mövcuddur: O (id), mən (eqo), yüksək – mən (super-eqo). Karl Yunq'a (1875 - 1961) görə Şəxsiyyət dörd əsas elementi özünə daxil edir: şüur, şəxsi şüursuzluq, şüursuzluq və kollektiv şüursuzluq. Mənbə: Mahirə Nərimanqızı, Ümumi Psixologiya Səsləndirən: Amanov Shamsaddin Tags: PSİXOLOGİYA | Şəxsiyyət Haqqında Nəzəriyyələr, Ziqmund Freyd, Id, Eqo, Super-Eqo, Karl Yung, Kollektiv şüursuzluq, Kölgə, Azərbaycanca fəlsəfə kitabları, fəlsəfə videoları, felsefe, Azərbaycanca podcast, Azəri podcast, Azərbaycan Spotify Podcast, Amanov, Freud, Sigmund, Carl Jung, Jungian, Freudian, Freydizm,
Həqiqətən önəmli olan tək bir fəlsəfi problem vardır – intihar. Həyatın yaşamağa dəyər olub olmadığı məsələsində bir qərar vermək, fəlsəfənin bu təməl probleminə cavab verməkdir. (Alber Kamyu) Mənbə: Bakı Fəlsəfə Akademiyası, Araz Əliyev Səsləndirən: Amanov Shamsaddin Tags: FƏLSƏFƏ | Həyat Onu Yaşamaq Zəhmətinə Dəyərmi? Varoluşçuluq, Alber Kamyu, Həyatın Mənası, İntihar, Ölüm, Azərbaycanca fəlsəfə kitabları, fəlsəfə videoları, felsefe, Azərbaycanca podcast, Azəri podcast, Azərbaycan Spotify Podcast, Amanov.
Fridrix Vilhelm Nitsşe (alm. Friedrich Nietzsche; 15 oktyabr 1844, Röcken – 25 avqust 1900, Veymar) — Alman filosofu və klassik filoloq. Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. 1849-ci ildə atasının və 1850-ci ildə qardaşının ölümünden sonra ailəsiylə birlikdə Hamburq şəhərinə köçür və orada 1856-cı ilədək yaşayır. Yeniyetmə Nitsşe getdiyi ilk ibtidai məktəbdə özünü təcrid olunmuş hiss etdiyindən özəl bir məktəbə oxumağa göndərilir. 1854-ci ildə Hamburqdakı Dom qimnaziyasına daxil olduqdan sonra onun musiqi və ədəbiyyata meyilli olduğu üzə çıxır. 1858-1864-ci illərdə Şulpforta internat məktəbində oxumağa başlayır. Çalışqan bir şagird olur, antik ədəbiyyatlla maraqlanır, şeir yazır və musiqi bəstələyir. Atasız böyüyən bir yeniyetmə üçün yaşlı şair Ernst Ottlepp (1800-1864) bir ata kimi onun şəxsiyyətinin formalaşmasına böyük təsir göstərir.1864-1865-ci illərdə Bonn universitetinin klassik filologiya və evangelik teologiya fakültəsinə daxil olur, lakin Gənc Hegelçilərin əsərlərini oxuduqdan sonra oranı tərk edir və 1865-1866-ci illərdə filologiya üzrə Leypsiq universitetinə daxil olur. Bu dəfə o, gənc Hegelçilərdən uzaq duran Artur Şopenhaur və Fridrix Albert Langenin əsərləriylə tanış olur.1867-ci ildə bir illik könüllü olaraq Prussiya ordusunda xidmət etməyə gedir. ... 1889-cu ilin ilk günlərində, Türin şəhərində küçədə qırmanclanan bir südçü atının boyuna sarılıb ağlamaya başlayan mütəfəkkir, şagirdlik illərində yoluxduğu sifilis mikrobunun nəticəsi olduğu təxmin edilən dəliliyə düçar oldu. 1900-cü ilə qədər mənəvi qaranlıq içində bitki mənşəli deyilə biləcək həyatını davam etdirən Nitsşe, özündən sonrakı əsrdə təsirləri ən məşhur olacaq düşüncə məhsullarını geridə buraxaraq 25 avqustda həyatdan köçdü… Nitsşe özündən sonrakı filosof, yazıçı, siyasətçi, musiqiçi və digər peşələrin insanlarında böyük təsir qoyub getmişdir. 1. Nitsşe və anarxizm - Nitsşenin yazılarının böyük bir hissəsi anarxizmə qarşı olduğu halda bir çox anarxist ondan təsirlənmişdir. Spencer Sunshine yazır:Anarxistləri Nitsşeyə çəkən çox şey vardı: Onun dövlətə nifrəti, "sürü"lərin düşüncəsiz hərəkətinə nifrəti, onun "anti-xristian" düşüncəsi, dövlət və bazarın mədəni quruculuqdakı təsirlərinə etimad etməməsi və onun "üstinsan"a olan istəyi. Ondan təsirlənən anarxist və post-anarxist filosof və yazarlar: Emma Qoldman, Alber Kamyu, Emil Armand, Renzo Navatore, Rudolf Roker, Hakim Bəy və s. 2. Nitsşe və faşizm - Şübhəsiz ki, Nitsşedən təsirlənmiş ən böyük hərəkat faşizm hərəkatı olmuşdur. Adolf Hitler Elizabet Nitsşeyə (filosofun bacısı) gül buketi təqdim etmişdi və qəbrinin üzərinə bu sözləri yazmışdı: "Böyük döyüşçüyə…" Faşistlərdə Nitsşe marağının səbəbi onun "üstinsan"ı arzulaması (hansı ki, Hitler bunu üstün irq kimi başa düşürdü), onun həyat uğrunda mübarizəyə dəstək olması və ölümündən sonra çap olunmuş Hakimiyyət əzmi kitabına nasist bacısının etdiyi dəyişiklərdir. 3. Nitsşe və psixoanaliz - Nitsşe psixoanaliz barədə Karl Qustav Yunq, Alfred Adler və Ziqmund Freyd kimi alimləri təsirləndirmişdir. Karl Yunq, Zərdüşt haqda seminar vermiş, Ziqmund Freyd isə onun haqqında "Nitsşeyə qədər heç kim özünü təhlil etməyi bu qədər yaxşı bacarmamışdı və çox güman bacaranlar bir daha çətin tapılsın" demişdi. Önəmli əsərlərindən bəziləri: «Zərdüşt belə buyurdu — Hamı və heç kəs üçün bir kitab» (1883-1885) Also sprach Zarathustra — Ein Buch für Alle und Keinen «Xeyir və Şərin ötəsində — Gələcək fəlsəfəsinin önsözü» (1886) Jenseits von Gut und Böse — Vorspiel einer Philosophie der Zukunft«Əxlaqın şəcərəsi» (1887) Zur Genealogie der Moral — Eine Streitschrift Mənbə: Vikipediya (https://az.wikipedia.org/wiki/Fridrix_Nitsşe) Səsləndirən: Amanov Shamsaddin Tags: Fəlsəfə, Estetika, Nihilizm, etika, psixologiya, Ontologiya, poeziya, tarix fəlsəfəsi
Əxlaq fəlsəfəsi — ilk yaranan fəlsəfə qollarından biridir. Kantdan bəri fəlsəfi məsələləri bilik və fəaliyyət məsələlərinə ayırmaq və tədqiq etmək bir qayda olmuşdur. Bilik məsələsini ələ alan fəlsəfə idrak nəzəriyyəsidir. Amma, insan yalnız bilən bir varlıq deyil, eyni zamanda fəaliyyətdə olan bir varlıqdır. İnsan fəaliyyətləri də meydana gəlməsi, yönəldikləri məqsəd və dəyərləri baxımından fəlsəfi məsələlərə daxildir. Buna görə onları da fəlsəfənin tədqiq etməsi lazımdır.İnsan fəaliyyətlərini, məqsədlərini,vəzifələrini və yönəldikləri dəyərləri tədqiq edən fəlsəfə əxlaq fəlsəfəsi və ya etika adlanır.Əxlaqi fəaliyyətlər, gündəlik həyatda hər gün təkrar etdiyimiz düz olmaq, doğru hərəkət etmək, yalan danışmamaq, insanlara hörmət etmək, başqalarının haqqını əlindən almamaq, insanlara kömək etmək və bu kimi fəaliyyətlərdir. Bu kimi fəaliyyətlərdə olan insanlar isə əxlaqlı, namuslu, ləyaqətli insanlar kimi səciyyələndirilirlər.Əxlaqi fəaliyyətlər insan tərəfindən edilən hərəkətlərdir. O biri yandan heyvanların da etdikləri hərəkətlər var. Ancaq insan fəaliyyətləri, heyvanlarda gördüyümüz davranış və hərəkətlərdən çox fərqlidirlər. Heyvan davranışları və hərəkətləri təbii meyllərə, instiktlərə və məcburiyyətə söykənirlər. Məsələn, quşların yuva tikməsi, müəyyən vaxtlarda uçub getməsi ,ov tutması, çoxalması və s. kimi davranış və hərəkətlər, instinktlərlə müəyyən edilən, dəyişməyən, məcburi, mexaniki hərəkətlərdir. İnsanlarda da bu növ instinktiv hərəkətlər olur. Qidalanma, özünü müdafiə və çoxalma kimi. Amma insanın bunlardan başqa azad olaraq etdiyi hərəkətlər də var. Bunlar iradəyə dayanan hərəkətlərdir. Bunları məcburi hərəkətlərdən ayırmaq üçün onlara əxlaqi fəaliyyətlər deyilir. Bunlar istəyərək, şüurlu olaraq etdiyimiz hərəkətlərdir. İradəyə dayandıqları üçün də azad hərəkətlərdir. İnsan fəaliyyətlərin bu xüsusiyyətini görən alimlər hələ qədim dövrdən bu fəaliyyətlərin izah etməyə çalışmışlar. Bu işi görən fəlsəfəyə də praktik fəlsəfə və ya əxlaq fəlsəfəsi (etika) adını vermişlər. Mənbə: Vikipediya (https://az.wikipedia.org/wiki/Əxlaq_fəlsəfəsi) Səsləndirən: Amanov Shamsaddin Tags: Fəlsəfə, Azərbaycanca Fəlsəfə, Əxlaq, Filosof, Azərbaycanca Podcast, Spotify Azerbaijan, Spotify Azərbaycan
"Yaxşı bir həyat", "yaxşı bir yaşayış" nədir? Yaxşı bir həyat üçün nə etməliyik? Qısaca belə açıqlamaq olar (daha ətraflı izahat üçün podcasti dinləyə bilərsiniz): 1. Təcrübələrə tamamilə açıq olmaq 2. Anı yaşamaq 3. Özünə güvənmək 4. Seçimlər və qərarlar üçün məsuliyyət almaq 5. Özünə və başqalarına qarşı, qeyri-şərtsiz, müsbət baxmaq.
Fəlsəfi bir sual olan “Həyatın mənası nədir?” sualı fərqli insanlar tərəfindən fərqli şəkildə qəbul edilə bilər və “məna” sözünün qeyri-müəyyənliyi fərqli açıqlamalara səbəb olur: “Həyatın mənşəyi nədir?”, “Kainatın və həyatın təbiəti nədir?”, “Həyatı dəyərli edən nədir?”, “İnsan həyatının məqsədi nədir?” Bu suallara elmi nəzəriyyələrdən tutmuş fəlsəfi, teoloji və mənəvi dəlillərə qədər müxtəlif yollarla cavab verilir. Başqa bir nəzəriyyəyə görə, “həyatın mənası” problemi yalnız ölümlə başa çatır, cavablandırıla bilər. Fəlsəfi baxımdan nəticə qaçılmaz ölümdür. Həyatından asılı olmayaraq (varlı, kasıb, ağıllı, axmaq, gözəl, çirkin) hər bir insan ölür və bu problem sona çatır. Mövzuya dair fikirləri 4 kategoriya ilə ümumiləşdirmək olar: 1. Həyatın davamlılığı və maddi/müvəqqəti uğurlar 2. Hikmət və bilik 3. Əxlaqi 4. Dini və mənəvi.
Hamıya salam, ilk dəfədir Azərbaycanca bir podcast kanalı açıram, qısaca kanalın nə barədə olacağını ifadə etməyə çalışdım. Bu kanal, adından da göründüyü kimi, intellektual insanların maraq dairəsində olan hər bir mövzudan bəhs edəcək. Elm, Fəlsəfə, və İncəsənət.