107.7 Avto Fm radiosu ! Efirimizdə yayımlanan müxtəlif rubrikaların podcastı məhz burada paylaşılır !

"Qaydaları Pozma" verilişinin qonağı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov oldu.Podcastda bu sualların cavabını tapacaqsınız:Avtobus zolaqlarında qayda pozuntularına nəzarət necə həyata keçirilir?Kameralar vasitəsilə aşkarlanan pozuntularla bağlı hansı tədbirlər görülür? Bəzi sürücülər deyirlər ki, “yol boşdursa, avtobus zolağına girməyin nə ziyanı var?”Sürücülər sıxlıqdan yayınmaq üçün avtobus zolağına daxil olduqda hansı problemlər yaranır?

"Qaydaları Pozma" verilişinin qonağı avtomobil eksperti Mübariz Salmanov oldu. Bu podcastda bu sualların cavabını tapacaqsınız: Bu gün avtomobil alarkən Çin, Koreya və Yaponiya arasında seçim etsək, əsas hansı meyarlara diqqət etməliyik?Servis və ehtiyat hissələrinin əlçatanlığı baxımından hazırda hansı qrup daha rahatdır?Qəza zamanı təhlükəsizlik sistemlərinin işi baxımından Çin avtomobillərinə nə qədər güvənmək olar?

"Birdən İkiyə" verilişinin qonağı nəqliyyat eksperti Eldəniz Cəfərov oldu. Azərbaycanda avtomobillərin utilizasiyasından, köhnə avtomobillərin sayının artmasından, rəsmi dillerlərin üstünlüklərindən və digər maraqlı mövzulardan bəhs etdik.

"Meqapolis" verilişinin qonağı "Emiland" kişi geyim brendinin və fərdi tikiş salonunun modelçi-dizayneri və filial müdiri Vüqar Orucov oldu. Pencək və geyim seçimindən, mövsümə uyğun parçalardan, rahatlıq, nəfəsalanlıq və qırışmama xüsusiyyətlərindən, eləcə də sükan arxasında olanlar üçün ən ideal parçadan danışdıq.

"Meqapolis" verilişinin qonağı Azərbaycan Banklar Assosasiyasınin eksperti İsmayıl Məmmədov oldu. Aktiv əsaslı maliyyələşdirmənin mahiyyəti, KOB-ların maliyyəyə çıxış imkanları, avtomobil lizinqində müqavilə şərtləri və risklər, bank krediti ilə lizinqin fərqləri, aktivin alınması ilə pul axınının qorunması arasında seçim, ödənişlərin gecikdirilməsi zamanı yaranan hüquqi və maliyyə riskləri, müqavilədə diqqət edilməli əsas bəndlər və sahibkarlar üçün praktik tövsiyələrdən danışdıq.

"Birdən İkiyə" verilişinin qonağı vəkil Əli Qəmbərov oldu. Rəsmi diller və qeyri-rəsmi idxalçılardan alınan avtomobillərdən, avtomobil satın alınmasının hüquqi tərəflərindən, rəsmi dillərdən alınan avtomobillərin üstünlüklərindən və digər maraqlı mövzulardan danışdıq.

"Qaydaları Pozma" verilişinin qonağı qəza əleyhinə sürücülük kurslarının məşqçisi Aqil Rəhimov oldu. Bu podcastda piyada keçidində sürücünün ən çox etdiyi səhvlərdən, sürücünün piyada keçidində qəza etməmək üçün bilməli olduğu 3 əsas qaydadan, piyadaların yaratdığı təhlükələrdən və digər maraqlı mövzulardan bəhs etdik.

"Birdən İkiyə" verilişinin qonağı Azərbaycanın Avtomobil Dillerləri Assosiasiyasının (AADA) İdarə Heyətinin sədri Eyyub Əliyev oldu. Son zamanlarda Azərbaycanda avtomobil bazarında baş verən hadisələrdən, Çin avtomobillərinin üstünlük təşkil etməsindən, Çin avtomobillərində multimedia və proqram təminatı problemlərindən və digər maraqlı mövzulardan danışdıq.

"Meqapolis" verilişinin qonağı süni intellekt üzrə mütəxəssis Ümüd Salayev oldu. Süni intellektin müsbət və mənfi tərəflərindən, gələcəkdə yarada biləcəyi potensial təhlükələrdən və hansı peşələrə daha çox təsir edəcəyindən danışdıq.

"Meqapolis" verilişinin qonağı "White Star Cleaning" beynəlxalq təmizlik şirkətinin Keyfiyyətə nəzarət şöbəsinin rəhbəri Elnur Həsənov oldu. Onunla şirkətin yaranma hekayəsindən, şirkətin iş prinsiplərindən, maraqlı sifarişlərdən, müştəri və əməkdaşlarla bağlı qaydalardan, rəqabətdən və gələcək hədəflərdən danışdıq.

"Meqapolis" verilişinin qonağı "Premium Bankın" Marketinq departamentinin əməkdaşı Minacət Əliyeva oldu. "Loyallıq Proqramı"nın üstünlükləri, mil qazanmaq və istifadə imkanları, Visa AllMiles və Visa Signature Business AllMiles kartlarının fərqləndirici xüsusiyyətləri, eləcə də partnyor olmaq və kart sahibi olmadan proqramdan yararlanmaq imkanları barədə danışdıq.

"Meqapolis" verilişinin qonağı Auto Azərbaycanın Texniki meneceri Şamxal Yusifov oldu. Avtomobilə mühəndis baxışı, Azərbaycanda sürücülərin etdiyi texniki səhvlər, şəhər və uzun yol sürüşünün fərqləri, tıxacların avtomobilə təsiri, elektromobillər haqqında yanlış təsəvvürlər və batareya ömrünü azaldan amillər haqqında danışdıq.

"Meqapolis" verilişinin qonağı təhsil eksperti Əmrah Həsənli oldu. Şagirdlərin həddindən artıq dərs yükü, ağır və mürəkkəb dərslik materialları səbəbindən mövzuları məktəbdə effektiv mənimsəyə bilməməsi, nəticədə inkişaf etmiş xarici ölkələrdən fərqli olaraq ev tapşırıqlarının normadan çox verilərək bilik boşluqlarının repetitorlar vasitəsilə bağlanmasından danışdıq.

"Meqapolis" verilişinin qonağı “Toma” obrazı ilə tanınan bloqer Əsgər Əsgərov oldu. Söhbətimiz zamanı bloqerlik fəaliyyətindən, ölkəmizdə bloqerlərin qazancından, bu işin çətinliklərindən və “Toma” obrazının necə yaranmasından danışdıq.

"Meqapolis" verilişinin qonağı AYNA-nın mətbuat katibi Tural Orucov oldu. Metro xətlərinin ayrılması ilə əlaqədar tətbiq olunan ekspres marşrutların fəaliyyəti və sərnişin tələbatını qarşılama imkanları, marşrutların sayının artırılması, avtobus parkının vəziyyəti və sərnişinlərin avtobusların gecikməsi ilə bağlı şikayətləri, şəhərətrafı ərazilərdən mərkəzə sərnişindaşımanın yaxşılaşdırılması, Bakıda yol hərəkətinin təşkilində həyata keçirilən dəyişikliklər, eləcə də tədris ili ərəfəsində şəhər yollarının hazırlığı və əsas tıxaclı ərazilərdə gözlənilən yeniliklər barədə danışıldı.

"Meqapolis" verilişinin qonağı "White Star Cleaning"in Keyfiyyətə Nəzarət şöbəsinin rəhbəri Elnur Həsənov oldu. "White Star Cleaning" şirkətində xidmət keyfiyyətinin standartları, ən çox müraciət olunan təmizlik növləri, müştəri narazılıqları və şikayətlərlə iş mexanizmi, personalın təlimi və kimyəvi vasitələrin seçilmə prinsipləri, keyfiyyətə nəzarət və yoxlama mərhələləri, brendin bazardakı əsas fərqləndirici üstünlükləri, eləcə də təmizlik sektorunda süni intellekt, yeni texnologiyalar, robotların insan əməyini əvəzləmə imkanları və Azərbaycandakı boşluqlar ilə fürsətlər müzakirə olundu.

"Meqapolis" verilişinin qonağı "Premium Bank"ın Müşahidə Şurası sədrinin müşaviri Asiya Rüstəmova oldu. Bankın səhvlərinin operativ həlli və nüfuzun qorunması, müştəriyə sürətli və dəqiq xidmət, təhlükəsizliklə insani yanaşmanın balanslaşdırılması, əməkdaşların performans göstəriciləri, müştəriyə uyğun məhsul təklifləri, sistemli problemlərin idarə olunması və müştəri təcrübəsinin bankın gələcək inkişafındakı rolu müzakirə olundu.

"Meqapolis" verilişinin qonağı "Sabah"ın mətbuat katibi Elnur Həmidov oldu. “Sabah”ın Çempionlar Liqasına vəsiqə qazanmasının yaratdığı təəssüratlar, klubun uğurunun əsas səbəbləri, püşkatmada müəyyənləşən rəqiblər və qarşıdakı hədəflər, turnirdən gözləntilər, maliyyə məsələləri, transfer planları, azarkeş marağı və bilet satışı, həmçinin klubun PR və media fəaliyyəti barədə danışıldı.

"Meqapolis" verilişinin qonağı kaskadyor, döyüş xoreoqrafı Sain Fərhad oldu. Ceki Çanın rəsmi təlim mərkəzində təhsil almasından və məşhur aktyorla tanışlığından, kaskadyorluğun incəliklərindən, təhlükəli fəndlərdən, bu peşənin görünməyən qəhrəmanlarından, eləcə də Azərbaycanda kaskadyorluğun inkişaf perspektivlərindən danışdıq.

"Meqapolis" verilişinin qonağı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov oldu. Bakı Metropolitenində gedən təmir-bərpa işlərinin yekunlaşma vaxtından, Nizami-28 May keçidi və xətlərin ayrılması layihəsinin mövcud mərhələsindən, yeni təhsil ilində sıxlığın qarşısını almaq üçün nəzərdə tutulan tədbirlərdən, 2030-cu ilədək 9 yeni stansiyanın tikintisi vədinin reallığından və interval, ödəniş, rahatlıq sahəsində olacaq texnoloji yeniliklərdən danışdıq.

"Meqapolis" verilişinin qonağı "Aparla Səhər" klubunun yaradıcısı Aynur Nəbiyeva oldu. Bakıda velosiped mədəniyyətinin inkişafı, “Aparla səhər” ideyasının yaranma hekayəsi, velosipedlə Bakını kəşf etmək üçün marşrutlar və sağlam həyat tərzinə başlamağın vacibliyi barədə danışdıq.15:00

"Meqapolis" verilişinin qonağı "Amazon Web Services" şirkətində Bulud Texnologiyaları və Süni İntellekt Strategiyası üzrə çalışan Rüfət Ağayev oldu. Amerikada həyat, radio-podkast mədəniyyəti, həmçinin Amazon və oradakı iş təcrübəsi, süni zəkanın gələcəyi və insan əməyinə təsiri barədə danışdıq.

Yay mövsümünün gəlişi ilə bölgələrimizə, istirahət məkanlarına səfər edən sürücülərin sayı kəskin artıb. Bəs uzun yol, yüksək sürət, yorğunluq və diqqətsizlik fəsadlara yol açmasın deyə nə etməliyik? Rayon və dağlıq yollarda sürücülərin ən çox yol verdiyi xətalar hansılardır?Avto FM-in "Qaydaları Pozma" verilişinin bu buraxılışında Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev və dinləyicilərimiz rayon yollarındakı təhlükələri, kəskin döngələrdə sürət həddini və uzaq məsafəli səfərlər zamanı avtomobilin texniki sazlığının vacibliyini müzakirə edirlər.

"Qaydaları Pozma" verilişinin növbəti buraxılışında yollarda baş verən qəzaların görünməyən səbəblərindən, sürücü və piyadaların əhəmiyyətsiz hesab etdiyi, lakin böyük təhlükə yaradan xətalarından danışdıq.Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat katibi Ömər Xıdırov Ceyhun Həsənlinin təqdimatında sükan arxasında telefon istifadəsi, dönmə işıqlarından düzgün istifadə edilməməsi, ara məsafəsinin saxlanılmaması və operativ nəqliyyata yol verilməməsi kimi kritik məsələlərə aydınlıq gətirdi.

Bakıda yay tətilinin olmasına baxmayaraq küçə və prospektlərdə bitmək bilməyən tıxacların və sıxlığın əsas səbəbləri nələrdir? Yol hərəkəti və nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Auto FM-də yayınlanan "Qaydaları pozma" verilişində Ceyhun Həsənlinin qonağı olaraq gündəmdəki subyektiv problemləri açıq şəkildə ifşaladı.Verilişdə Gürcüstan yol infrastrukturu ilə Bakı yollarının müqayisəsi aparılır, Əhməd Rəcəbli küçəsindəki ləng təmir işləri, Yasamal, Babək və Heydər Əliyev prospektindəki mənasız yol bağlamaları, sentyabr ayında gözlənilən nəqliyyat xaosu və təhsil müəssisələrində diferensial saat sisteminə keçid kimi mühüm mövzular geniş müzakirə olunur.

Avto FM-in "Qaydaları pozma" verilişində Ceyhun Həsənlinin qonağı Qəzaəleyhinə Sürücülük Kurslarının məşqçisi Aqil Rəhimov idi. Azərbaycanda baş verən yol-nəqliyyat qəzalarının əsl elmi səbəbləri, sürücülük vəsiqəsi imtahanlarının şəhər daxilində (real yollarda) keçirilməsi təklifi, təhlükəli sürüş tərzi cərimələri, gizli yol polisi təcrübəsi, radar işarələrinin ləğvi və piyadalar üçün MyGov inteqrasiyalı yeni tənbeh mexanizmləri bu verilişdə!Podcastda cavab tapacağınız əsas suallar:Yol qəzalarının əsas səbəbi nədir: səriştəsizlik, yoxsa aqressiv sürüş?Sürücülük imtahanları niyə yalnız meydançada değil, şəhər daxilində də keçirilməlidir?"Təhlükəli sürüş tərzi" maddəsi qanunvericiliyə qayıtmalıdır mı?Gizli Yol Polisi patrulları xuliqan sürücüləri necə intizama dəvət edə bilər?Piyada qəzalarının qarşısını almaq üçün hansı sərt cərimə mexanizmləri lazımdır?

Avto FM-in "Qaydaları pozma" verilişində Bakı-Quba magistral yolunun 53-cü kilometrliyində baş verən və piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi müzakirə olunur. Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev və aparıcı Ceyhun Həsənli magistral yollarda piyadaların qayda pozuntularını, çoxzolaqlı yollardan keçməyin böyük risklərini və sürücülərin yol-nəqliyyat hadisələrindəki məsuliyyətini təhlil edirlər.Podcastda cavab tapacağınız əsas suallar:Bakı-Quba magistralında baş verən ölümcül qəzanın ilkin təfərrüatları nələrdir?Piyadalar nə üçün magistral yollarda həyatlarını riskə atırlar?İcazəsiz yerden keçən piyadanı vuran sürücü hər zaman günahkardırmı?Piyada vurulması hadisələrində rəsmi statistika: 6 ayda nə qədər ölüm baş verib?Sərnişin qapını açaraq digər maşına vurduqda hüquqi məsuliyyət kimin üzərinə düşür?

Avto FM-in "Qaydaları pozma" verilişində kredit tarixçəsi, mənfi qeydlər, "qara siyahı" mifləri və bank kreditləri götürərkən diqqət edilməli olan maliyyə qaydaları müzakirə olunur. "Bank of Baku" Kiçik və Orta Biznes Bankçılığı Departamentinin direktor müavini və Azərbaycan Banklar Assosiasiyasının eksperti İsmail Məmmədov kredit reytinqini düzəltməyin yollarını, zaminliyin risklərini və rəsmi gəlir olmadan kredit almaq imkanlarını açıqlayır. Podcastda cavab tapacağınız əsas suallar:Mərkəzi Kredit Reyestri nədir və kredit tarixçəsi necə formalaşır?"Qara siyahı"dan necə çıxmaq olar? (Lombard və xırda kredit metodu)Zamin durduğunuz şəxs krediti ödəməsə sizin kredit tarixçənizə nə olur?Kredit hesabındakı 1 manatlıq texniki borc krediti necə batırır?Gənclərin və tələbələrin kredit götürərkən etdiyi böyük səhvlər.

"Qaydaları Pozma" verilişində texniki nasaz avtomobillərin yollarda yaratdığı süni tıxaclar, yol-nəqliyyat qəzaları zamanı görülməli olan təhlükəsizlik tədbirləri və DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) son statistikası müzakirə olunur. Ceyhun Həsənli və DİN NİİM-in mətbuat katibi Ömər Xıdırrov yolda maşını xarab olan sürücülərin etdiyi böyük səhvləri, qəza-dayanma nişanının düzgün quraşdırılma qaydasını və insan həyatını xilas edəcək vacib tövsiyələri təqdim edirlər. Podcastda cavab tapacağınız əsas suallar:İlin ilk 6 ayında Bakı yollarında neçə nasaz avtomobil qalıb?Yolda avtomobil xarab olarsa, birinci hansı addım atılmalıdır?Qəza zamanı avtomobili yolda saxlayıb gözləmək niyə ölümcül təhlükədir?Kənardan qəzaya baxan sürüclər süni tıxacı necə yaradır?

Yol hərəkəti qaydalarını (YHQ) asan və effektiv şəkildə necə öyrənmək və yadda saxlamaq olar? Qəza əleyhinə sürücülük kurslarının peşəkar təlimçisi Aqil Rəhimov və Rauf Mirqulamov "Qaydaları Pozma" verilişində yol nişanlarını mənimsəməyin sirlərini, visual öyrənmə metodlarını və praktiki sürücülük məsləhətlərini bölüşürlər. Müzakirə olunan mövzular:Yol qaydaları kitabını dərindən anlamaq və məntiqini tutmaqVisual dərslər və video animasiyalarla qayda öyrənməkDairəvi yol ayrıclarında düzgün zolaq seçimi və təhlükəsizlikTəzə başlayan sürücülərin etdiyi ən böyük psixoloji və praktiki səhvlərQorxunu aradan qaldırmaq və yollarda xüsusi təyinatlı kimi hazır olmaq

Bakıda və bölgələrdə isti yay günlərində yol-nəqliyyat hadisələri (qəzalar) niyə artır?Sükan arxasında yuxusuzluq, yorğunluq, diqqətsizlik və mobil telefondan istifadə hansı faciəvi nəticələrə gətirib çıxarır?"Avto FM" radiostansiyasının "Qaydaları Pozma" verilişində aparıcı Ceyhun Həsənli və Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev isti havalarda sürücüləri gözləyən gizli riskləri, Tərtər və Biləsuvarda baş verən son ağır qəzaların təhlilini və sürücülərin hüquqi məsuliyyətlərini geniş müzakirə edirlər. Videoda həmçinin taksi sürücülərinin rejim qaydaları, duracaqda avtomobil saxlayarkən təkərlərin mövqeyi və sürücülük vəsiqəsi olmadan maşın sürməyin cərimələri barədə dinləyici sualları cavablandırılır.

Yay mövsümünün əsas riskləri: Güclü küləklər, qasırğalar və qəfil yağan dolunun avtomobillərə vurduğu zərərlər (Bakıdakı məlum may dolusu nümunəsində).İcbari sığorta yoxsa Kasko sığorta? Dolu maşını əzdikdə hansı sığorta növü ödəniş edir?Məhəllə daxili risklər: Uşaqların futbol oynayarkən və ya üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində avtomobilə vurduğu zərərlər sığortalanırmı?Motosiklet qəzaları: Piyadanın günahı ucbatından baş verən motosiklet qəzalarında icbari sığorta zərəri qarşılayırmı?Məsuliyyət limitinin artırılması: Könüllü məsuliyyət sığortası nədir və o, bizi böyük maliyyə itkilərindən necə xilas edir? Aparıcı: Ceyhun Həsənli Qonaq: Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev

Verilişdə Hansı Mövzulara Toxunulub?Elektromobillərin İdarəolunması: Elektromobilə keçid çətindirmi? Adi sürücülərin bu yeniliyə baxışı necədir?Şarj və İnfrastruktur: Bakı və rayonlarda şarj stansiyalarının mövcud vəziyyəti necədir? Yolda qalma riski varmı?Batareya Texnologiyası və Ömrü: Dünyanın yeganə yanmaz və təhlükəsiz batareyası olan BYD Blade Batareyası hansı üstünlüklərə malikdir?Servis və Ehtiyat Hissələri: Elektromobil alarkən zəmanət və rəsmi servisin önəmi nədir? Reduktor yağı neçə mindən bir dəyişdirilməlidir?Model Seçimi: Bakı küçələrinə və iqliminə uyğun elektromobil seçərkən nələrə diqqət etməliyik? (İsidilmə və soyudulma pompasının əhəmiyyəti). Aparıcı: Ceyhun Həsənli Qonaq: BYD Motors Baku-nun satış və marketinq rəhbəri Toğrul Məlikli

Sürücü mədəniyyəti və yollardakı hörmətsizlikHansı hərəkətləri özümüzə qarşı hörmətsizlik hesab edirik?Piyadalara yol verməyən sürücülər və kameralar (50 AZN cərimə)Aqressiv əl-qol hərəkətləri və sürücü psixologiyası"Piyadalar da mələk deyil!" - Telefonla keçiddən keçənlərYerli-yersiz səs siqnalı (siqnal vermək mədəniyyəti)Yol istəyən sürücüyə yol verməmək inadıAparıcı: Ceyhun HəsənliQonaq: Qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov

Piyada Məsuliyyətsizliyi: Niyə piyadalar keçidlərdən istifadə etmir və həyatlarını təhlükəyə atırlar?Son Statistika: Piyada vurma hadisələrində azalma meyli varmı? Rəqəmlər nə deyir?Bakıdakı Vəziyyət: Hadisələrin niyə böyük hissəsi paytaxtın payına düşür?Sürücü yoxsa Piyada?Sürücünün günahı olmadığı halda qəza baş verərsə, məsuliyyətdən qaça bilərmi? Qanunvericilik nə tələb edir?Hər birimiz həm sürücü, həm də piyadayıq. Unutmayın, yollarda qəzaların qarşısını almaq üçün təkcə cəzalar yox, şüurlu yanaşma və maariflənmə əsasdır.Aparıcı: Ceyhun Həsənli Qonaq: Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi nümayəndəsi, Polis Polkovnik-Leytenantı Mübariz Ağayev

Avtomobiliniz üçün KASKO sığortası etdirmək həqiqətən vacibdir, yoxsa bu sadəcə əlavə xərcdir? Bu söhbətimizdə, yol hərəkəti zamanı baş verə biləcək gözlənilməz hadisələr, yol qəzası və təbii fəlakətlər zamanı sürücüləri gözləyən ciddi maddi itkilərdən qorunma yollarını müzakirə edirik. KASKO sığortası olmayan bir sürücü hansı risklərlə üzləşir və sığorta şirkətləri hansı hallarda sığorta ödənişindən imtina edir?Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev "AvtoFM"-in qonağı olaraq, avtosığorta müqaviləsi bağlayarkən diqqət edilməli olan gizli bəndlər, azadolma məbləği və köhnə avtomobillərin sığortalanması barədə ən çox verilən sualları cavablandırır. Lizinq və ya kreditlə maşın alanlar üçün KASKO-nun üstünlükləri və moped/motosiklet qəzalarında zərərin qarşılanması qaydaları bu videoda!

Yol-nəqliyyat hadisəsi (qəza) zamanı qanuni hüquqlarınızı və görülməli olan ilk vacib işləri bilirsinizmi? "Qaydaları Pozma" verilişinin bu buraxılışında, Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat katibi Ömər Xıdırov ilə sürücülərin qəza anında etdiyi ən böyük səhvləri və qanuni öhdəlikləri təhlil edirik.Xüsusilə maddi zərərlə nəticələnən yol qəzalarında, Yol Hərəkəti Haqqında Qanunun 37-ci maddəsinə əsasən avtomobili nə vaxt yolun kənarına çəkmək olar? Sığorta şirkəti və 102 xidmətinə doğru məlumatın verilməsi, tıxac yaradan sürücülərin cərimələnmə halları və İnzibati Xətalar Məcəlləsinin 100 manatlıq cərimə bəndindən qanuni yayınma yolları haqqında bütün detallar bu videoda! Həmçinin İsmayıllı və Bakı-Sumqayıt yolunda baş verən real qəza hadisələri üzərindən humanist və qanuni davranış modellərinin analizi.

Bu buraxılışımızda son illərin ən çox müzakirə olunan mövzusuna — Çin istehsalı avtomobillərin Azərbaycandakı qiymət siyasətinə və bazar dinamikasına işıq salırıq! "Avto FM"-in qonağı BYD Motors Bakı şirkətinin satış və marketinq rəhbəri Toğrul Məliklidir.Podcastda Çin avtomobillərinin qiymətlərinin tez-tez dəyişməsinin pərdəarxası səbəblərini, 2026-cı il yanvarın 1-dən tətbiq olunan %18 ƏDV vergisinin rəsmi idxala təsirlərini və "Grey Market" (paralel idxal) vasitəsilə maya dəyərindən aşağı qiymətə satılan avtomobillərin yaratdığı süni qiymət enmələrini müzakirə edirik. Həmçinin rəsmi distribütorların qiymət sabitliyi, ikinci əl BYD modellərinin trade-in (barter) kampaniyası və payıza doğru bazarda gözlənilən qiymət tənzimləmələri barədə ən son ekspert rəylərini burada tapa bilərsiniz!

Sükan arxasında tez-tez əsəbləşirsiniz? Tıxaclar, daldan işıq yandıranlar və qayda pozan sürücülər sizi çilədən çıxarır?"Qaydaları Pozma" verilişinin növbəti buraxılışını təqdim edirik. Aparıcı Ceyhun Həsənli və Qəza Əleyhinə Sürücülük Kurslarının peşəkar təlimçisi Aqil Rəhimov sükan arxasında aqressiyanın psixoloji səbəblərini, uşaqlıqdan gələn valideyn səhvlərini və yollarda emosiyaları idarə etməyin 5 qızıl qaydasını müzakirə edirlər.

"Qaydaları Pozma" verilişinin bu buraxılışında aparıcı Ceyhun Həsənlinin qonağı Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi nümayəndəsi, Polis Polkovnik-Leytenantı Mübariz Ağayevdir. Mübariz müəllim son illərdə avtomobillərin sayının artmasına baxmayaraq, qabaqlayıcı preventiv tədbirlər sayəsində ölüm və xəsarətlərin azalma tendensiyasını açıqlayır. Lakin arxayınlaşmaq olmaz! Yollarda ən çox ölümə səbəb olan SÜRƏT HƏDDİNİN AŞILMASI, ara məsafəsinin saxlanmaması və piyadaların məsuliyyətsizliyi kimi kritik mövzulara toxunuruq. Həmçinin, sükan arxasında WhatsApp-dan yazı və səs vasitəsilə istifadə etməyin, diqqəti yayındırmağın yaratdığı dəhşətli qəza risklərini müzakirə edirik. Sürücü və piyada olaraq hamımızın bilməli olduğu bu qızıl qaydaları mütləq izləyin!

Çin avtomobilləri həqiqətən dözümlüdür, yoxsa qəza anında kağız kimi əzilir? Bu podcastda BYD Motors Bakının satış və marketinq rəhbəri Toğrul Məlikli ilə birlikdə Çin avtomobillərinin gizli qalan müsbət və mənfi tərəflərini, Euro NCAP kraş testlərinin şok nəticələrini və real istifadəçi təcrübələrini incələyirik!İnsanlar arasında yayılan "Çin maşınlarının dəmiri zəifdir", "servisi və ustası yoxdur" kimi miflərə rəsmi ekspert cavabları ilə aydınlıq gətiririk. Həmçinin, hibrid və elektrikli Çin avtomobillərinin real yanacaq sərfiyyatı və iqtisadi üstünlüklərindən danışırıq. Əgər siz də yaxın gələcəkdə Çin avtomobili almağı düşünürsünüzsə, bu videonu izləmədən qərar verməyin!

"Qaydaları pozma" verilişinin bu buraxılışında aparıcı Ceyhun Həsənli və Daxili İşlər Nazirliyi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırlov sükan arxasındakı ən böyük təhlükələrdən birini müzakirə edirlər.Podcastda ilk növbədə bu ilin əvvəlindən bəri qeydə alınan 11 mindən çox qayda pozuntusuna və sükan arxasında mobil telefondan istifadənin qəza statistikasına necə təsir etdiyinə dair mühüm suallara elmi aydınlıq gətirilir. Həmçinin naviqasiyadan istifadə edən taksi sürücülərinin hansı qaydalara əməl etməli olduğunu və təzə başlayan sürücülərlə çoxillik təcrübəsi olanların qəzaya düşmə riskləri arasındakı fərqləri öyrənəcəksiniz.

Avtomobil sığortası sürücülərin maliyyə təhlükəsizliyini təmin edən ən vacib amillərdən biridir. Bəs qəza zamanı sığorta şirkəti zərəri necə qarşılayır və hansı hüquqlarımız var? "Qaydaları Pozma" verilişinin bu xüsusi buraxılışında, Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emin Allahverdiyev ilə birlikdə avtosığorta sisteminin pərdəarxası məqamlarını və 2026-cı ilin yeni qaydalarını təhlil edirik!55 Min Manatlıq Limit Nədir? İcbari sığortanın əmlaka və sağlamlığa vurduğu zərərlərin ödənilmə qaydası (Yenilənən limit sirri).Avto-İcbari Sığorta Nəyi Əhatə Edir? - Qəza Zamanı Sürücülərin Hüquqları Nələrdir?Qəza Yerini Tərk Etmədən Nə Etməli? Tıxac yaratmamaq üçün avtomobili nə vaxt kənara çəkmək olar? Yeni Sığorta Qaydaları (Malus Sistemi): Avtomobili etibarnamə ilə verəndə qəza baş verərsə, sığorta haqqının 30% artımı (Malus) kimin adına yazılır?Zərərsiz Sürücülərə 5%-lik Endirim: Qəza törətməyən sürücülərin qazandığı bonus-malus güzəştləri. Müstəqil Ekspertiza: Sığorta şirkətinin təklif etdiyi məbləğlə razılaşmayanda bazar dəyərini necə sübut etməli?Qəza zamanı vəkillərlə və sığorta şirkətləri ilə problem yaşamamaq üçün hər bir sürücünün bilməli olduğu hüquqi sirlər bu videodadır!

"Qaydaları pozma" verilişinin bu dəfəki buraxılışında aparıcı Ceyhun Həsənli və Qəza Əleyhinə Kursların məşqçisi Aqil Rəhimov sükan arxasındakı ən aktual mövzulardan birini müzakirə edirlər: Hansı yaşda sürücü avtomobili daha yaxşı idarə edir?Sürücülüyü öyrənmək üçün ən ideal yaş həddi hansıdır?16 yaşda maşın sürmək niyə təhlükəlidir və qanunvericilik nə deyir?Təcrübəli sürücülər niyə və hansı dövrlərdə ağır qəzalara düşürlər?Sükan arxasında oturuş şəkli sürücünün təcrübəsini necə büruzə verir?"Başı daşdan-daşa dəymiş" təcrübə yoxsa düzgün təlim keçmiş sürücü?

Bakı küçələrində həm yay mövsümünün gəlişi, həm də kuryer xidmətlərinin genişlənməsi ilə motosiklet, moped, skuter və velosipedlərin sayısı sürətlə artır. Bəs bu artım yollarda təhlükəsizliyə necə təsir edir? İki təkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verən ağır qəzaların əsl səbəbləri nələrdir?"Qaydaları Pozma" verilişinin bu buraxılışında, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə birlikdə paytaxt yollarındakı acı reallıqları və qəza sirlərini ifşa edirik!Şok Statistika: 2026-cı ilin ilk 5 ayında qeydə alınan 6 ağır qəzada niyə 5 nəfər dünyasını dəyişib? Kuryerlərin Səhvləri Skuter və Səki Problemi Tik-Tok və Adrenalin Dəliliyi: Gənclərin sosial şəbəkələrdə fəxr edərək paylaşdıqları yüksək sürətli təhlükəli manevrlərin acı sonluğu.

Bu gün Azərbaycan avtomobil bazarında ən çox verilən suala cavab tapırıq: Çin avtomobilləri ikinci əl bazarında itkidir, yoxsa yox?

Qəza Əleyhinə Kurslarının məşqçisi Aqil Rəhimov ilə birlikdə yollarda sürücüləri narahat edən amilləri – uzun tıxacları, zolaqların dəyişdirilməsindəki xətalarını, ara məsafəsinin saxlanılmamasını və işıqforlarda yaranan gecikmələri təhlil etdik.Sürücülərin üç əsas kateqoriyası: Kimlər hansı vəziyyətdə səbirsiz olur?"Mənəvi vampirlər" yollarda digər sürücüləri necə təxribata çəkir?İşıqforun yaşıl işığı yanan kimi siqnal verənlər və ya telefona baxıb ləngiyənlər yol hərəkətinə necə təsir edir?Tıxacda keçən qiymətli vaxtı əsəbləşmədən, faydalı şəkildə necə dəyərləndirmək olar?Təcrübəli və təcrübəsiz sürücülərin yol hərəkəti zamanı davranış fərqləri.

Aparıcı Ceyhun Həsənlinin təqdimatında, studiyamızın qonağı Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev ilə birlikdə son günlər cəmiyyətdə böyük rezonans doğuran moped qəzası (17 yaşlı Zəhranın faciəvi ölümü), piyada təhlükəsizliyi həftəsi və yollarda baş verən qəzaların əsas səbəblərini təhlil etdik.Piyadaların iştirakı ilə baş verən qəzaların dəhşətli statistikası (Ölüm faizi niyə bu qədər yüksəkdir?) Moped və motosiklet idarə edən yeniyetmələrin törətdiyi qəzalarda valideynlərin məsuliyyəti nədir? Məcburi dayanma zamanı sürücülərin etdiyi ölümcül səhvlər və sol zolaqda dayanma qaydaları. Avtomobil yolu kimindir – sürücünün, yoxsa piyadanın?Qaranlıq vaxtı yolu keçərkən sürücülərə görünmək üçün hansı layfhaklardan istifadə etməliyik?

"Qaydaları Pozma" verilişində Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov ilə ara məsafəsinin əhəmiyyəti, sürət və hava şəraitinə uyğun təhlükəsiz məsafənin saxlanılması, tıxac zamanı yaxın məsafədən hərəkətin riskləri və qəza ehtimalını azaltmaq üçün sürücülərin əməl etməli olduğu qaydalar barədə danışdıq.

Qaydaları Pozma" verilişində "BYD Motors Baku"nun satıș və marketinq rəhbəri Toğrul Məlikli ilə Çin avtomobillərinə marağın artmasının səbəbləri, onların ənənəvi markalardan fərqləri, keyfiyyət və təhlükəsizlik göstəriciləri, ikinci əl bazarındakı perspektivləri, ehtiyat hissələri və servis məsələləri, həmçinin sürücüləri maraqlandıran suallar barədə danışdıq.

"Qaydaları Pozma" verilişində Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev ilə son zəng tədbirləri ilə bağlı əsas təhlükəsizlik riskləri, yetkinlik yaşına çatmayanların avtomobil idarə etməsinin yaratdığı hüquqi məsuliyyət, valideynlərin öhdəlikləri, DYP-nin gücləndirilmiş rejimdə fəaliyyətinin məqsədi, təhlükəsiz və qaydalara uyğun son zəngin təşkili barədə danışdıq.