Radio Space

Follow Radio Space
Share on
Copy link to clipboard

Azərbaycanın ilk kosmik dalğası 🚀🪐 | Elm və Kosmosu daha yaxın etdik!

Radio Space 104 FM


    • Sep 29, 2026 LATEST EPISODE
    • daily NEW EPISODES
    • 26m AVG DURATION
    • 1,392 EPISODES


    Search for episodes from Radio Space with a specific topic:

    Latest episodes from Radio Space

    Bali Adasında Ucuz Qalmaq Və 40$-a 40-cı Mərtəbədə Hovuzlu Evlər

    Play Episode Listen Later Sep 29, 2026 37:02


    Asiya ölkələrinə ucuz və rahat səyahət etməyin bütün sirləri!“Planeti VISA ilə kəşf edək” rubrikasıda bu dəfə səyahət həvəskarları üçün xüsusi mövzuya toxunduq.Verilişimizin qonağı, ATBA üzvü və təcrübəli səyahətçi Kənan Mənsimov İndoneziya - xüsusilə Bali, eləcə də Malayziya və Sinqapur səfərləri ilə bağlı dəyərli təcrübələrini bölüşdü. “Planeti VISA ilə kəşf edək” — yeni ölkələr, yeni təcrübələr, yeni kəşflər!

    Serbiya Səyahət Bələdçisi 2026 | Belqrad Qiymətləri, Şopinq Və Həftəsonu Turları

    Play Episode Listen Later Sep 29, 2026 36:45


    Azərbaycan vətəndaşları üçün vizasız Avropa ölkəsi — Serbiya! “Planeti VISA ilə kəşf edək” rubrikamızın budəfəki qonağı turizmçi Fəxri Məmmədli oldu. ✈️

    34 İLDİR YOL GÖZLƏYƏN AİLƏLƏR! - Qarabağda 4000 İtkinin Məzarlıqları Və Cenevrə Aksiyası

    Play Episode Listen Later Sep 29, 2026 42:43


    Planet FM-in "Zaman Maşını" verilişinin qonağı  "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin sədri Könül Behbudova oldu.

    Süni İntellekt, Kibertəhlükəsizlik və Rəqəmsal Bankçılıq: Qərarlarımızı kim verir?

    Play Episode Listen Later Sep 28, 2026 51:36


    Layihənin əsas məqsədi elm, təhsil və innovasiyaları geniş ictimaiyyət üçün daha əlçatan, anlaşıqlı və maraqlı etməkdir. ABŞ-nin nüfuzlu Stanford Universitetinin Dayanıqlı Əməliyyatlar üzrə proqramının məzunu Aybəniz İsmayılovanın təqdimatında dinləyicilər ADA Universitetinin müəllim-professor heyəti, tədqiqatçıları və tələbələri ilə aparılan maraqlı müzakirələrdə gündəlik ekoloji vərdişlər üçün praktiki məsləhətlər, idarəetmədə yaşıl təşəbbüslər, dayanıqlıq proseslərinin həyatımızda təzahürü haqqında məlumatlar öyrənəcəklər.

    Texnologiya Dünyasında Qadın Liderliyi: Şəhla Məmmədovanın Uğur Hekayəsi

    Play Episode Listen Later Sep 25, 2026 45:35


     Rəqəmsal layihələr və məhsul idarəetməsi sahəsində 15 ildən çox təcrübəyə malik  Şəhla Məmmədova Günel Mavliyarovanın təqdimatında "Qadın deyir ki" verilişində qonaq oldu. Şəhla xanım texnologiya sahəsində stereotiplərin  qırılması, gənc qızların bu sahəyə cəlb olunması, biznesdə düzgün kommunikasiya və iş-həyat balansı barədə öz dəyərli təcrübələrini bölüşdü.

    Biomüxtəliflik və 2050-ci ilin Azərbaycanı | İqlim dəyişikliyi biomüxtəlifliyə necə mənfi təsir edir?

    Play Episode Listen Later Sep 24, 2026 40:59


    Planet FM-in "İqlim Gündəliyi" verilişində iqlim dəyişikliyinin biomüxtəlifliyə təsiri, həm qlobal miqyasda, həm də Azərbaycanda baş verən son ekoloji proseslər müzakirə olunur.Biomüxtəliflik üzrə mütəxəssis, eko-fəal  Zülfi Fərəcli verilişdə iqlim dəyişikliyinin təbiətə təsirlərindən, vəhşi təbiət dəhlizlərindən, quşların miqrasiyasından,  Azərbaycandakı ən həssas ekosistemlərdən və biomüxtəlifliyin qaynar nöqtələrindən bəhs edir. Həmçinin 2050-ci ildə Azərbaycanın təbii mühitinin necə görünə biləcəyi və bu mənfi gələcəyin qarşısını almaq üçün bu gün hansı mexanizmlərdən istifadə oluna biləcəyi müzakirə olunur.

    12-ci Əsrdən Müasir Dövrə: Nizami Gəncəvinin Hər Dövrə Silinməz Təsiri

    Play Episode Listen Later Sep 24, 2026 43:12


    Nizami fəlsəfəsi əsrlər boyu aktuallığını necə qoruyub? "Zaman Maşını" verilişinin yeni buraxılışında yazıçı Şərif Ağayarla birlikdə dahi şairin  müasir ədəbiyyata qədər uzanan və hər dövrə damğa vuran qüdrətli irsini müzakirə edirik. Siyasət, tarix və ədəbiyyatın kəsişdiyi bu maraqlı söhbəti qaçırmayın!

    Avropanın Sehrli Guşələri: Qaudinin Barselonasından Amsterdamın Yel Dəyirmanlarına

    Play Episode Listen Later Sep 24, 2026 30:05


    “Planeti VISA ilə kəşf edək” rubrikasının qonağı səyahət bloqeri Aynur Cəfərova ilə Avropanın populyar istiqamətlərini kəşf edirik.Barselona: Antoni Qaudinin məşhur memarlıq inciləri sayılan "Sagrada Familia" kilsəsi və "Park Güell"-ə səyahət edir, şəhərin mərkəzindəki "Flamenco" şousundan və "La Boqueria" bazarındakı təzə dəniz məhsullarından danışdıq. Həmçinin, qonağımız muzey biletlərini öncədən onlayn almağın və şəxsi əşyalara qarşı diqqətli olmağın nə dərəcədə vacib olduğunu vurğuladı.Amsterdam və Belçika: Velosipedlərin xaos yaratdığı küçələrdən, Van Qoq muzeyindən və "Zaanse Schans" kəndindəki yel dəyirmanları ilə taxta ayaqqabı istehsalından bəhs etdik. Sonda isə qatarla Belçikaya keçərək məşhur vafli, şokolad və kartof qızartmalarından söhbət  açdıq.

    BÖYÜK BRİTANİYA SƏYAHƏTİ! - Şotlandiyada Resepşonsuz Otel Və Cadugərlər Şəhəri Edinburq

    Play Episode Listen Later Sep 23, 2026 29:47


    Birləşmiş Krallıq səyahəti haqqında hər şey! Planet FM-in qonağı Könül Nuriyeva ilə İngiltərənin paytaxtı London və Şotlandiyanın mistik şəhəri Edinburq gəzintisindən danışırıq! Londonda Big Ben, Westminster Abbey, Buckingham sarayı və şəhər nəqliyyatı necədir? Edinburqda Harry Potter əsərinin yazıldığı "Elephant House" kafesi, Witches' Well cadugərlər memorialı, Şotlandiya milli yeməyi Haggis və resepsionsuz avtomatlaşdırılmış otel təcrübəsi bu videoda! Həmçinin Britaniya vizası almaq və gömrükdə sorğu-sual qaydaları haqqında vacib məsləhətlər.Aparıcılar: Rəhman RəsulovQonaq: Könül Nuriyeva

    Saxtalaşdırılmış tarix: Qafqaz Albaniyasının irsi necə mənimsənildi?

    Play Episode Listen Later Sep 21, 2026 29:54


    “Zaman Maşını” verilişinin bu bölümündə tarixçi-alim Rizvan Hüseynovla Qafqaz Albaniyası kilsələri haqqında ətraflı söhbət etdik. Söhbət zamanı Gəncəsər, Xudavəng və Ağoğlan məbədlərinin Alban xristianlığı ilə bağlılığı və bu abidələrdə qorunub saxlanılan tarixi izlərə də toxunduq.

    6 Qadının Afrika Macərası: Keyptaun Sahillərindən Keniya Safarisinə

    Play Episode Listen Later Sep 21, 2026 35:23


    “Planeti Visa ilə kəşf edək” rubrikasının qonağı səyahətsevər Hökümə Abbasova ilə uşaqlıq arzusu olan Cənubi Afrika Respublikası və Keniyaya səyahətindən danışdıq.Söhbət zamanı Keyptaunun Mayamini xatırladan sahillərindən, Ümid burnundan və Afrika pinqvinləri ilə bağlı unudulmaz xatirələrdən bəhs etdik. Eyni zamanda, Afrikada turistlər üçün təhlükəsizlik qaydaları, Keniyanın vəhşi təbiətində safari macərası və səyahət büdcəsini düzgün planlaşdırmağın yollarına da toxunduq.

    Maldiv adalarında istirahət üçün ən yaxşı istiqamətlər

    Play Episode Listen Later Sep 21, 2026 26:44


    "Planeti Visa ilə kəşf edək" rubrikasının qonağı səyahətçi, turizm sahəsində 18 ildən çox təcrübəyə sahib  Günay Abdullayeva oldu.

    Transformativ Kouçinq və Özünü Kəşf: Qadının Daxili Gücünə Səyahəti

    Play Episode Listen Later Sep 21, 2026 42:57


    Verilişdə müasir cəmiyyətdə qadının mövqeyi, iş və ailə arasında balansın qorunub saxlanması, karyerada uğur qazanmağın sirləri və stereotip fikirləri şəxsi təcrübə əsasında inkar edən qadınlarla müsahibəni Günel Mavliyarovanın təqdimatında dinləyə bilərsiniz.

    Elm Adasında Dayanıqlılıq: Təbiət, İnsan və İnfrastrukturun Harmoniyası

    Play Episode Listen Later Sep 21, 2026 41:09


    Layihənin əsas məqsədi elm, təhsil və innovasiyaları geniş ictimaiyyət üçün daha əlçatan, anlaşıqlı və maraqlı etməkdir. ABŞ-nin nüfuzlu Stanford Universitetinin Dayanıqlı Əməliyyatlar üzrə proqramının məzunu Aybəniz İsmayılovanın təqdimatında dinləyicilər ADA Universitetinin müəllim-professor heyəti, tədqiqatçıları və tələbələri ilə aparılan maraqlı müzakirələrdə gündəlik ekoloji vərdişlər üçün praktiki məsləhətlər, idarəetmədə yaşıl təşəbbüslər, dayanıqlıq proseslərinin həyatımızda təzahürü haqqında məlumatlar öyrənəcəklər.

    Dəli bal, küçə masajı və canlı ilahə: Səyahətdən maraqlı hekayələr

    Play Episode Listen Later Sep 18, 2026 37:13


    "Planeti Visa ilə kəşf edək" rubrikasının qonağı səyahət bloqeri, fotoqraf Orxan Rəhmanlı oldu.Nepalda “dəli bal”ın sirri nədir? Kumari ənənəsində “canlı ilahə” kimi qəbul edilən qızlar kimlərdir?Hindistan və Pakistanda küçə masajının oxşar tərəfləri nələrdir?Efiopiyada Mursi və Benna icmaları ilə qarşılaşmaq necə hissdir?Bəs Zanzibarın Afrika, ərəb və Hindistan mədəniyyətlərinin qarışığı gündəlik həyatda necə görünür? 

    Süni intellekt dövründə təhsilin əhəmiyyəti: Müasir dünyada təhsil nə qədər vacibdir?

    Play Episode Listen Later Sep 18, 2026 45:02


    "Zaman Maşını" verilişinin qonağı təhsil üzrə ekspert Ramin Nurəliyev oldu.

    Qədim Binəqədinin sirrli tarixi

    Play Episode Listen Later Sep 18, 2026 30:09


    “Planeti Visa ilə kəşf edək” rubrikasının qonağı tarixçi Müşfiq Əkbər oldu.

    Almaniyanın ən hündür dağına necə çıxmaq olar?

    Play Episode Listen Later Sep 18, 2026 28:43


    "Planeti Visa ilə kəşf edək" rubrikasının qonaqları səyahətsevər və dünyanı gəzməkdən zövq alan cütlük Turqay Adıgözəlov və Səidə Adıgözəlova oldular.

    Nömrə Almaq Üçün 7 İL NÖVBƏ?!

    Play Episode Listen Later Sep 14, 2026 38:42


    Çinə səfər etməzdən əvvəl bilməli olduğunuz hər şey bu müsahibədə! Radio aparıcısı və avtobloqer Raqif Raufoğlu Pekin və Şanxay təəssüratlarını, Çin avtomobilləri haqqında gizli qalan məqamları və ölkədəki real həyat qaydalarını bölüşür. Pekində nömrə almaq niyə 7 il çəkir? Çindən gələn Destroyer modelləri niyə Şanxayda yoxdur? Rouminq, WhatsApp, Visa kart ödənişləri, 350 km/s sürət qatarları və Çin restoranlarındakı maraqlı adətlər haqqında ən aktual məlumatlar!

    3 Manata Biznes Klass Və VİZASIZ Tayland Turları! - Monteneqro Və Yunanıstan Vizası Almaq

    Play Episode Listen Later Sep 14, 2026 30:36


    Turistlər saxta tur paketlərə qarşı necə qorunmalıdır? Aldadılmamaq üçün alınan tur paketləri onlayn sistemdə necə yoxlamaq olar? 2026-cı ildə Tayland, Misir (Şarm əş-Şeyx, Əl-Alemeyn), Monteneqro və Yunanıstana ən ucuz turları necə əldə etmək mümkündür?Bu verilişdə Planet FM-in qonağı, "Kompas Tur Operator" şirkətinin agentlər üzrə koordinatoru Emin Topçubaşov ilə B2B turizm şəbəkəsi, tur paketlərin onlayn yoxlanılması funksiyası, Misir Maldivləri sayılan Əl-Alemeyn istiqaməti, Taylanda vizasız gediş-gəliş qaydaları, Monteneqro və Yunanıstan vizasının rahat alınma yolları və erkən rezervasiya (Early Booking) fürsətlərini müzakirə edirik! Həmçinin verilişdə Qahirə piramidalarının pərdəarxası, İordaniya ekskursiyaları, Rixos və Albatros kimi məşhur ol-inklyuziv (All Inclusive) otellər, eləcə də Visa kartları vasitəsilə pulsuz aeroport transferi və laundj xidmətlərindən istifadə qaydaları yer alır.

    Çində Təhsil, Yaşayış Və Qiymətlər - Çində Hansı Şəhərlərə Gitmək Lazımdır?

    Play Episode Listen Later Sep 14, 2026 29:15


    Çində təhsil almaq necədir? Çinlilər doğrudanmı pişik və it əti yeyirlər? Mollarında 100 manatlıq malı 20 manata necə düşürmək olar?Bu verilişdə Planet FM-in qonağı, Azərbaycan Dillər Universitetinin məzunu və Çində ixtisasartırma keçmiş Çin dili mütəxəssisi Mərziyə Vəliyeva ilə Çin təhsili, HSK imtahanları, çinli müdirlərin azərbaycanlı müdirlərdən fərqi, Çin avtomobilləri (Xiaomi, Li Auto, BYD) və Yiwu, Şanxay, Chongqing şəhərlərindəki biznes mühiti haqqında danışırıq! Həmçinin verilişdə Çin dilini 1 ilə öyrənməyin sirləri, "Ni hao" və "Duo shao qian" ifadələri ilə endirim almaq taktikaları, Koreya dramaları (K-Drama) və K-Pop sevgisi haqqında maraqlı məlumatlar yer alır.

    İndoneziya, Balida Həyat - İspaniya Plajlarında Qadağalar - Avropa Və Asiya Turları

    Play Episode Listen Later Sep 14, 2026 37:04


    İndoneziyada 1 il yaşamaq necə bir təcrübədir?22 yaşında 32 ölkə gəzən Sahilə Babayeva İndoneziya dilini necə öyrənib və Balidə turizm sahəsində necə işə başlayıb? Bu verilişdə Planet FM-in qonağı, səyahəti həyat tərzinə çevirən Sahilə Babayeva ilə İndoneziya mədəniyyəti, İspaniyanın Palma de Malorka adasındakı çimərlik qadağaları, cərimələr, Avropada avtomobil kirayələmək sirləri və Kərbəlaya 80 km-lik piyada səyahət təcrübəsini müzakirə edirik! Həmçinin videoda Almaniyada qatar gecikmələri, İtalyanların pasiv-aqressiv xarakteri, Latviyada soyuq münasibət və xaricdə gözlənilməz tibbi əməliyyat zamanı Paşa Sığortanın rolu haqqında maraqlı faktlar yer alır.

    Tailanda Hansı Ayda Getmək Lazımdır? - Ucuz Tətil Etmək - Kruiz səyahəti haqqında

    Play Episode Listen Later Sep 14, 2026 34:33


    Səyahətə daha az büdcə ayıraraq maksimum zövq almaq istəyirsiniz? Bu verilişdə "Air Travel and Tour" şirkətinin icraçı direktoru və "Tur Meneceri Ol" təlim mərkəzinin həmtəsisçisi Aynur Ələsgərova ilə Tailand istiqaməti, ucuz aviabilet tapmaq yolları, 2026-cı il viza qaydaları və kruiz səyahəti planlaması haqqında ən vacib nüansları müzakirə edirik!

    Aşağı büdcə ilə 4 Şəhər Və Balidə Yaşamaq Həyəcanı! - Avropada Yaşamaq Və Təhsil Xərcləri

    Play Episode Listen Later Sep 3, 2026 33:38


    Dünyanı az büdcə ilə necə gəzmək olar? Balidə yoqa təlimləri, İsveçrənin maşınsız sakit kəndləri və Böyük Britaniyanın məşhur Oxford Universitetində təhsil almaq üçün nə etməlisiniz?Bu podcastda Planet FM-in qonağı, Travel Bloger Gülnar Bəxşəliyeva ilə 28-dən çox ölkəyə etdiyi səyahətləri, Şotlandiya, İsveçrə dağları, Malayziyanın Batu Caves məbədi, Balidə yerli əhalinin həyat tərzi və ucuz bilet almaq üçün Miles kartlarından necə istifadə etməli olduğumuzu müzakirə edirik!Həmçinin verilişdə İngiltərənin 5 çayı adəti, ingilis səhər yeməyi (English Breakfast), Schottlandiyanın məşhur qalaları, pulsuz ictimai nəqliyyat və səyahət sığortası haqqında vacib məlumatlar yer alır.

    $500-a Bütün İtaliyanı Necə Gəzdik? | Ən Ucuz Səyahət Hiyələri

    Play Episode Listen Later Sep 3, 2026 38:52


    Büdcəli səyahət etmək necə mümkündür? $500 ilə İtaliyanın 4 şəhərini necə gəzmək olar? Sinqapur doğrudanmı bahalı ölkədir, yoxsa $1-a şəhəri kəşf etmək olar?Bu podcastda Planet FM-in qonağı, Travel Bloger və Azərbaycan Turizm Blogerləri Assosiasiyasının üzvü Arifə Eminli  ilə 28-dən çox ölkəyə etdiyi səyahətləri, Asiya turlarını (Tayland, Çin, Malayziya, Sinqapur), Maldiv adalarında yaşadığı gözlənilməz akula həyəcanını və $3.95-a biznes klassla necə uçduğunu müzakirə edirik!

    Avropa Viza Sirləri, Şərab Tünelləri Və Lüksemburqda Həyat

    Play Episode Listen Later Sep 2, 2026 26:32


    Avropada yaşamaq, oxumaq və səyahət etmək necə bir təcrübədir? Dünyanın ən zəngin ölkələrindən biri olan Lüksemburq ilə Avropanın ən kasıb ölkəsi sayılan Moldova arasında hansı fərqlər var?Bu podcastda Planet FM-in qonağı, səyahətçi-jurnalist Nərmin Abbasova Lüksemburqda 2 ildən çox yaşamaq təcrübəsini, pulsuz ictimai nəqliyyat sistemini, dövlətin dərman xərclərini qarşılamasını, eləcə də yerli "Britzel" şirniyyatı ilə sevgini etiraf etmək adətini bölüşür!Həmçinin verilişdə Moldova (Kişinyov) və Tiraspol səyahəti, 120 km-lik məşhur Krikova şərab tünelləri, Avropa vizası almağın yolları, Praqanın heyrətamiz gecə həyatı və ad günü macəraları haqqında maraqlı fikirlər yer alır.

    Parisdə otel seçimini hansı ərazilərdən edək?

    Play Episode Listen Later Aug 31, 2026 37:17


    "Planeti Visa ilə kəşf edək” rubrikasının qonağı  səyahətçi Gülnaz Cabbarlı  oldu. Qonağımız dəyişən viza qaydalarından, müxtəlif ölkələrə olan səyahətlərindən söhbət açdı.

    İstanbulun uyğun büdcəli məkanları harada yerləşir?

    Play Episode Listen Later Aug 27, 2026 37:06


    "Planeti Visa ilə kəşf edək” rubrikasının qonağı aktyor, səyahətsevər Rafət Əliyev oldu. Qonağımız İstanbulda aktyorluq peşəsinin imkanlarından, şəhərin görməli yerlərindən, uyğun büdcəli restoranlarından söhbət açdı. 

    Özbəkistanı 5-7 günə tam kəşf edə bilərsiniz!

    Play Episode Listen Later Aug 27, 2026 30:31


    “Planeti Visa ilə kəşf edək” rubrikasının qonağı turizmçi, "travel blogger" Sürəyya Axundova ilə Özbəkistan səyahətindən söhbət açdıq. Qonağımız Özbəkistanın gəzməli və görməli yerləri, mədəniyyəti, yeməkləri haqqında faydalı məlumatlar bölüşdü.

    İsveçdə içməli su həryerdə baha deyil !

    Play Episode Listen Later Aug 27, 2026 29:24


    “Planeti Visa ilə kəşf edək” rubrikasının qonağı “Neway Academy” xarici dil mərkəzinin təsisçi və direktoru Elnur Quliyev oldu. Qonağımızla Norveç, Danimarka və İsveç səyahətindən söhbət  açdıq.

    İslandiya haqqında bunları bilmirdiniz

    Play Episode Listen Later Aug 26, 2026 31:03


    Amerikada Yaşamağın Gizli Tərəfləri: $5000 Kirayə, H-1B Viza Çətinliyi və Mayami Həyatı!

    Play Episode Listen Later Aug 24, 2026 42:27


    Amerika Birləşmiş Ştatlarında yaşamaq, iş qurmaq və təhsil almaq həqiqətən sadəcə xəyaldır? Bu müsahibədə İtaliya və ABŞ-də təhsil almış, hazırda Mayamidə onlayn çalışan Fidan Əlizadə ilə Amerikada immiqrant həyatının bütün reallıqlarını danışdıq.

    Kapadokya Hava Şarı Qiymətləri 2026 | Tbilisi, Misir və Paris Səyahəti

    Play Episode Listen Later Aug 24, 2026 36:41


    Bu buraxılışımızda ailəvi səyahət həvəskarı Rəna Cəbrailova ilə birlikdə Kapadokya hava şarı turları, qiymətlər, Tbilisi yarımmarafonu, Misir turları və Avropada ucuz səyahət haqqında danışdıq.

    Almaniyada Bu Səhvi Etməyin! | 10 Saat Təyyarədə Qaldı, 30 Saat Qatarda! | Avropada oxumaq

    Play Episode Listen Later Aug 20, 2026 34:59


    Avropada pulsuz magistr təhsili almaq, hər semestr başqa ölkədə (Litva, Almaniya, İsveç) yaşamaq və Formula 1 üzrə qlobal kontent kreytor olmaq! SoMu (Social Linguistics and Multilingualism) proqramı tələbəsi Səbinə Məcidli bu videoda Avropada qarşılaşdığı bürokratik çətinliklərdən, alman dəqiqliyi mifindən və Formula 1 təcrübələrindən danışır. Bu suallara cavab tapacaqsınız:SoMu təqaüd proqramına necə müraciət etmək olar?Almaniyada transport gecikmələri və 30 saatlıq qatar kabusu!Televizorunuz olmasa belə Almaniyada ödəyəcəyiniz MƏCBURİ vergi nədir?Qlobal Formula 1 kontent kreytoru necə olunur?Avropada iş imkanları, kirayə mənzil və tələbə yataqxanaları.Aparıcılar: Rəhman Rəsulov Qonaq: Səbinə Məcidli

    Xaricdə Pulsuz Təhsil Və Təqaüd Proqramları 2026 | Litva Yaşam Şərtləri və Vizasız Təhsil

    Play Episode Listen Later Aug 18, 2026 30:13


    Xaricdə təhsil almaq, Avropada yaşamaq və təqaüd proqramları (Macarıstan Hökumətlərarası Təqaüdü, Çin Təqaüdləri və s.) haqqında ən son yeniliklər! Təhsil mütəxəssisi Aytac Hüseynəliyeva 1 il Litvada yaşamaq təcrübəsindən, Polşa, Macarıstan, Çin və Cənubi Koreya universitetlərinə qəbul şərtlərindən danışır. Verilişdə aşağıdakı suallara cavab tapa bilərsiniz:Avropa ölkələrinə (Polşa, Macarıstan) dil sertifikatsız qəbul olmaq mümkündür?Çin və Cənubi Koreyada təhsil almağın üstünlükləri və təqaüd imkanları hansılardır?Litvada yaşayış xərcləri, nəqliyyat sistemi, milli mətbəx ("Şaltibarşçəi") və "Užupis" respublikası.Avropada 1 il yaşadıqdan sonra Azərbaycana qayıtmağın səbəbləri.Turistlər üçün unikallıq: Maqnit əvəzinə xüsusi Postkart biznesi ideyası.Aparıcılar: Rəhman Rəsulov Qonaq: Aytac Hüseynəliyeva

    Avropada Bu Səhvi Etməyin! | Fransa, Çexiya və İtaliya Səyahət Həqiqətləri

    Play Episode Listen Later Aug 18, 2026 30:51


    Avropaya səyahət etməzdən əvvəl bilməli olduğunuz bütün həqiqətlər! İsgəndər İbrahim bu videoda Fransa (Parij, Lion, Marsel), Çexiya (Praqa), Avstriya (Vyana, Halştat), Macarıstan (Budapeşt) və İtaliya səfərlərindən ən maraqlı təcrübələrini, qiymətləri və təhlükəsizlik qaydalarını bölüşür. Bu verilişdə cavab tapacaqsınız:Lion nə üçün Fransanın həqiqi mətbəx paytaxtıdır?Marseldə turistləri gözləyən kriminogen təhlükələr hansılardır?Luvr muzeyinə necə növbəsiz və pulsuz bilet almaq olar?Xaricdə pasport itirdikdə konsulluq vasitəsilə 5 dəqiqəyə sənəd bərpa etmək qaydası.Vyana, Praqa və Budapeşt gecə həyatı müqayisəsi. Aparıcı: Rəhman Rəsulov Qonaq: İskəndər İbrahim

    Niderlandda Yaşamaq və Qidalanmaq Sirri! | Avropada Ailə, Stres və İş Balansı

    Play Episode Listen Later Aug 14, 2026 35:00


    Niderlandda yaşamaq, düzgün qidalanma, stresin orqanizmə təsiri və Avropa həyat tərzi haqqında bilmək istədiyiniz hər şey bu müsahibədə!2002-ci ildən Avropada, 2006-cı ildən isə Niderlandda (Hollandiya) yaşayan sosial psixoterapevt İlkanə Yusifova ilə Avropada ailə dəyərləri, sağlam həyat tərzi, iş-həyat balansı (work-life balance) və qidalanma mədəniyyətini ətraflı müzakirə etdik.Söhbət zamanı mövsümi qidaların faydaları, qida qatqıları (E-nömrələr), stresin bağırsaq mikroflorasına (gluten və iltihab prosesləri) təsiri kimi sağlamlıq mövzularına toxunduq. Həmçinin Niderlandın qədim su dəyirmanları adətləri, atalıq məzuniyyəti, doğuşdan sonra ailələrə göstərilən dövlət və tibbi dəstək, eləcə də korporativ iş mühiti haqqında maraqlı faktlar açıldı.

    Bölgələrdə Ev Kirayəsi Biznesi - Saxta Tur Şirkətləri - Şengen Vizası Almağın Yolları

    Play Episode Listen Later Aug 12, 2026 32:34


    "Welcome Travel Azerbaijan" turizm şirkətinin rəhbəri Emin Quliyev "Planetləri Visa ilə kəşf edək" layihəsində gəlmə və gediş turizminin cari vəziyyəti, Şengen vizası alarkən yaşanan əsas çətinliklər, saxta turagentlərdən qorunma yolları və xaricdə ucuz istirahət imkanları haqqında danışdı.Bu buraxılışda Monteneqro, Yunanıstan, Özbəkistan, Qatar (Doha), Hindistan və Nepal istiqamətində səyahət planlamaq istəyənlər üçün vacib məsləhətlər yer alıb.

    18 İllik Koreya Həyatı - Cənubi Koreyada Təhsil, Biznes və Yaşam Qaydaları

    Play Episode Listen Later Aug 11, 2026 33:42


    Cənubi Koreyada 18 ildən artıq yaşayan beynəlxalq biznes mütəxəssisi, Seul şəhərinin ilk azərbaycanlı fəxri vətəndaşı və mədəniyyət elçisi Rahel Əhmədova "Planetləri Visa ilə kəşf edək" layihəsində!Bu buraxılışda Cənubi Koreyada dövlət təqaüdü ilə təhsil almaq yolları, Koreya cəmiyyətindəki gizli iyerarxiya, koreyalı ilə ailə qurmağın pərdəarxası, Koreya toylarının fərqləri, K-Pop sənayesi, Şimali və Cənubi Koreya arasındakı mədəni fərqlər, Koreya tibbi və Süni İntellekt (AI) startapları haqqında ətraflı həmsöhbət olduq.

    3 aya ingilis dili öyrənmək mümkündür? | Şimali Kiprdə təhsil və həyat

    Play Episode Listen Later Aug 10, 2026 33:42


    Podcastda müzakirə olunan əsas mövzular:3 aya ingilis dili öyrənmək nağılı: Əslində nə qədər vaxt lazımdır?Şimali Kiprdə təhsil: Şərq Akdeniz Universiteti və YÖK təsdiqinin əhəmiyyəti.Kiprdə tələbələr üçün yaşayış, yataqxanalar və iş imkanları. Kiprin turizm potensialı: Qirnə şəhəri və lüks istirahət. Pasporta möhür vurdurmadan Kiprə necə səyahət etməli?Təkbaşına səyahət (Solo Travel) təcrübəsi və Çin təəssüratları (Pekin, Çunçin, Avatar dağları).

    London təhsili, 5 dil və startap ideyaları!

    Play Episode Listen Later Aug 6, 2026 33:07


    Planet FM-in efirində növbəti maraqlı həmsöhbətimiz jurnalist, bloqer Ayfra Manto oldu!Veriliş boyunca müzakirə etdiyimiz əsas mövzular:Fərqli mədəniyyətlərin sintezi: Konqo və Azərbaycan kökləri olan Ayfra ailəsindəki mühitdən və 5 dil bilməyindən söz açdı.Böyük Britaniyada təhsil: Böyük Britaniyadakı ali təhsil təcrübəsi, IB proqramı və yerli mühitə adaptasiya olunmağın sirləri. Jurnalistikadan marketinqə: Təhsil istiqamətini dəyişməsi, Böyük Britaniyada startap layihəsi üzərində çalışması və sosial şəbəkələrdə diqqət çəkən kontent (hook) yaratmağın incəlikləri.

    Avropa Vızasını Necə Asan Alaq? | Monteneqro yoxsa Yunanıstan?

    Play Episode Listen Later Aug 4, 2026 34:02


    Bu verilişdə "Planet FM" efirində travel konsultant (səyahət məsləhətçisi) Vüqar Quliyev qonağımızdır! Aparıcımızla birlikdə bu yay azərbaycanlıların ən çox üstünlük verdiyi səyahət istiqamətlərini, Monteneqro və Yunanıstan turlarını, eləcə də viza prosedurlarını geniş müzakirə etdik.

    Səyahətdə Viza və Müştəri Kaprizləri: Avropa, Çin və Özbəkistan Təəssüratları!

    Play Episode Listen Later Aug 3, 2026 31:56


    Turizmçi və bloqer Süfəyyə xanımla səyahət dünyasına maraqlı yolçuluq!Bu verilişdə turizm sahəsinin pərdəarxası məqamlarından, səyahətçilərin qarşılaşdığı ən qəribə və məzəli hallardan parlaq söhbətlər etdik.Verilişdə hansı mövzulara toxunduq?7/24 Oyaq Turizmçilər: Otele çatanda otaq verilməyəndə və ya Uçuş Tablosunda reys görünməyəndə neyləməli?Şengen Vizası Mifi və Sərhəd Qaydaları: Birlik ölkələrinə daxil olarkən hansı qaydalara əməl etmək vacibdir?London vs. Berlin: Avropa şəhərlərinin gözlənilməz tərəfləri, təmizlik və immiqrant mühiti.

    Avropanın Ən Ucuz Ölkəsi - Albaniyada Ksamil, Tirana Və Serbiya Səyahəti

    Play Episode Listen Later Aug 3, 2026 35:22


    "Planeti Visa ilə kəşf edək" rubrikasının bu buraxılışında media mütəxəssisi və həvəskar səyahətçi Elnur Ağayev ilə Balkan ölkələrini — Albaniya və Serbiyanı kəşf edirik.Bu podcastda Avropanın Maldivi adlandırılan Ksamil çimərlikləri, Tiranadakı 170 min gizli bunker hekayəsi, Belqraddakı pulsuz ictimai nəqliyyat sistemi, Balkan mətbəxi və səyahət xərcləri haqqında praktiki məsləhətlər yer alıb.

    İqlim Haqqında Yeni Qanun Layihəsi: Bakının Yaşıl Sahələri və Baş Plan 2040

    Play Episode Listen Later Jul 31, 2026 37:29


    "İqlim Gündəliyi" verilişinin bu buraxılışında iqlim dəyişikliyi və şəhərlərin yaşıllaşdırılması mövzusunu ətraflı təhlil etdik. BMT-nin Ətraf Mühit Proqramının (UNEP) hesabatlarına əsasən, dünyada şəhərlər qlobal orta göstəricidən təxminən iki dəfə çox qızır. Bu problemə qarşı Bakı şəhərində görülən tədbirlər, Baş Plan 2040 çərçivəsində yaşıl sahələrin artırılması və Milli Məclisdə müzakirə olunan "İqlim haqqında" yeni qanun layihəsi haqqında  söhbət apardıq. Müsahibimiz urbanist-memar Cahid Həsənov şəhər istilik adası effekti, mənzil tikintilərindəki yaşıllıq standartları və gələcəyin memarlıq həlləri haqqında fikirlərini bölüşdü.

    ABŞ Vizası Necə Alınır? | Nyu-Yorkda Yeni İl, Depozit Tələbləri və Qiymətlər

    Play Episode Listen Later Jul 31, 2026 33:32


    Diş həkimi və səyahət blogeri Nigar Qazızadə ilə Amerikaya səyahət təcrübəsini, ABŞ vizası almağın yollarını və Amerika şəhərlərindəki (San Fransisko, Los-Anceles, Nyu-York, Vaşinqton) real həyatı müzakirə etdik.Podcastda  ABŞ otellərindəki depozit sistemi, parkinq qiymətləri, Nyu-Yorkda Times Square-də Yeni İl keçirməyin gözlənilməyən tərəfləri və Çin/Kuba səyahət təcrübəsi haqqında dəyərli məlumatlar yer alıb.

    Xaricdə Yaşamağın Müsbət Və Mənfi Tərəfləri - Almaniyada Pulsuz Təhsil və İş - Portuqaliya Səyahəti

    Play Episode Listen Later Jul 31, 2026 34:52


    Bu videoda 3 ildir Almaniyanın Bon şəhərində yaşayan və diş həkimliyi assistenti kimi fəaliyyət göstərən Günay Alıyeva ilə Almaniyada yaşamaq, tibb təhsili almaq, Ausbildung sistemi və gündəlik xərclərdən danışdıq.Eyni zamanda Almaniyanın gizli cənnəti sayılan Zült adası, almanların nizam-intizam qaydaları, ictimai nəqliyyat (Deutsche Bahn) problemləri və Portuqaliyanın (Lizbon) gəzməli yerləri haqqında maraqlı təcrübələri bölüşdük. Həmçinin xaricdə təhsil almaq və köçmək istəyənlər üçün motivasiya dolu məsləhətlər bu müsahibədə!

    Şuşada Aşkar Olunan Gizli İrs: Yusif Vəzir Çəmənzəminlinin İtkin Əsərləri Tapıldı!

    Play Episode Listen Later Jul 30, 2026 36:27


    Şuşada təqdimatı keçirilən "Millət Fədaisi: Yusif Vəzir Çəmənzəminli İrsinin İzində" kitabı ədəbiyyat tariximizə işıq tutur. "Zaman Maşını" verilişinin bu buraxılışında Mənxəz Milli İrs Araşdırmaları İB-nin sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Ana Hümmətli ilə birgə Y.V.Çəmənzəminlinin son dövrlərdə aşkar edilmiş 100-ə yaxın məqaləsi, felyetonu, tərcümələri və "Əli və Nino" romanının müəllifliyi haqqında vacib elmi faktları müzakirə etdik.

    Azərbaycanda Trüfel Göbələyi Və Milyonluq İxrac Potensialı

    Play Episode Listen Later Jul 30, 2026 41:18


    Planet FM-in "Zaman Maşını" verilişində "Azərbaycan Trüfel İstehsalçılarının İnkişafına Dəstək" İctimai Birliyinin sədri Lalə xanım Həmidova dünyanın ən bahalı qidalarından olan trüffel göbələyi (truffle mushroom) və onun Azərbaycandakı potensialı haqqında unikal faktlar açıqlayır. Trüfel ilə dombalan göbələyi arasındakı fərqlər, trüffelin fındıq və palıd ağacları ilə simbioz əlaqəsi, xüsusi itlərlə (Lagotto Romagnolo) axtarılması, parnikdə yetişdirilməsinin imkansızlığı, Qarabağda aqroturizm potensialı və xaricə ixrac prosedurları haqqında bütün detalları bu verilişdə dinləyə bilərsiniz. 

    Londondan Bali və Mərakeşə Səyahət: Vizasız Ölkələr və Sörfinq Düşərgəsi

    Play Episode Listen Later Jul 28, 2026 23:19


    Planet FM-in "Planeti Visa ilə kəşf edək" verilişində Londonda yaşayan azərbaycanlı marketinq mütəxəssisi və bloger Yasmin Köçərli ilə vizasız Mərakeş səyahəti, Balidə sağlam həyat tərzi və Londondakı biznes reallıqları haqqında səmimi həmsöhbət olduq!Bu podcastda vizasız Mərakeş (Morocco) səyahətinin sirləri, Imsouane şəhərindəki sörfinq düşərgəsi (surf camp) təcrübələri, Səhrada qlempinq gecələri və Kasablanka haqqında gözlənilməz detalları öyrənəcəksiniz. Eyni zamanda, Balinin Ubud və Uluwatu bölgələrində 10 günə 7 kilo arıqlamağın üsulları, "Eat, Pray, Love" məkanları, Londonda restoran-otel marketinqi, yeni vergi qanunları və UK viza dəyişiklikləri haqqında ən son məlumatları öyrənəcəksiniz.

    Cənubi Afrika və İordaniya Səyahəti - Viza, Qiymətlər Və Təhlükəsizlik

    Play Episode Listen Later Jul 28, 2026 34:45


    Planet FM-in "Planeti Visa ilə kəşf edək" verilişində rəssam, "face art" ustası Elmira Qədirova ilə Cənubi Afrika Respublikasına (Keyptaun) və İordaniyaya (Petra) tək səyahət təcrübəsindən bəhs etdik. Cənubi Afrika vizası almağın yolları, okeanda qəfəsdə köpək balıqları ilə üzmək (və imzalanan ölüm sənədi), isti Afrika pinqvinləri, Keyptaunda təhlükəsizlik qaydaları, sax saxta polislər və İordaniyanın qədim Petra şəhərindəki bədəvi həyatı bu potcastda!Podcastda cavab tapacağınız əsas suallar:Cənubi Afrika Respublikasına viza necə alınır və neçəyə başa gəlir?Keyptaunda ictimai nəqliyyat (metro, avtobus) niyə təhlükəlidir?Okeanın ortasında qəfəsdə köpək balıqlarını izləmək neçəyədir?İsti Afrika pinqvinləri harada yaşayır və onları necə görmək olar?İordaniyanın Petra şəhərinə gedənlər üçün sıxlıqdan qaçmağın ən vacib vaxtı?

    Claim Radio Space

    In order to claim this podcast we'll send an email to with a verification link. Simply click the link and you will be able to edit tags, request a refresh, and other features to take control of your podcast page!

    Claim Cancel